Əlaqə Arxiv
news Image
2016.11.11
10:22
| A A A
Əfsanəvi sənətçi vəfat etdi

82 yaşlı kanadalı müğənni, şair və bəstəkar Leonard Koen vəfat edib.

Movqe.az ABC-yə istinadən bildirir ki, vida və dəfn mərasimi ABŞ-ın Los-Anceles şəhərində olacaq.

Sənətçinin Facebook səhifəsində yazılıb: "Koenin ailə üzvləri və yaxınları dəfn mərasimi zamanı onların şəxsi həyatına sayğı göstərilməsini xahiş edirlər".

1934-cü ildə Monreal həndəvərində doğulmuş L.Koen 1950-ci illərin ortalarında folk-rok və pop janrında bəstələyərək ifa etdiyi mahnıları ilə məşhurlaşıb. Onun ən məşhur əsərləri arasında "Hallelujah", "Suzanne", "In My Secret Life" var.

2010-cu ildə o, Grammy mükafatına layiq bilinmişdi.

Sizin Reklam Yeriniz