Əlaqə Arxiv
news Image
2016.11.18
15:27
| A A A
"Vaqif" operasının premyerası keçiriləcək

Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti Ramiz Mustafayevin "Vaqif" operasının premyerası keçiriləcək. Operanın yeni quruluşu mərhum bəstəkarın 90 illik yubileyinə həsr olunub.

Teatrdan Movqe.az-a verilən məlumata görə, premyera tamaşasında teatrın aparıcı solistlərindən xalq artisti Əli Əsgərov (Vəzir), əməkdar artistlər Ramil Qasımov (Vaqif), İlahə Əfəndiyeva (Xuraman), Əkrəm Poladov (Vidadi), Fərid Əliyev (Qacar), Cahangir Qurbanov (Eldar), İlkin Əhmədov (Xanəndə), gənc solistlər Taleh Yahyayev (İbrahim xan), Tural Ağasıyev (Əlibəy), Səbinə Əhmədova (Gülnar) çıxış edəcəklər.

Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.

Sizin Reklam Yeriniz