Əlaqə Arxiv
news Image
2016.11.21
11:36
| A A A
Sumqayıt Teatrı mövsümü “Hacı Qara” ilə açacaq

Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı “Hacı Qara” komediyası ilə reallaşacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı 22 noyabr, saat 1600-da M.F.Axundzadənin “Hacı Qara” komediyası ilə reallaşacaq. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı əməkdar artist, teatrın baş rejissoru Firudin Məhərrəmovdur. Sumqayıt teatrının “Hacı Qara”sı traktofkası və aktyor improvizəsi ilə fərqlənir.

Hacı Qara rolunu istedadlı aktyor Akif Mirzəyev oynayır. Əsas rolları əməkdar artistlər Cəlal Məmmədov, İlahə Səfərova, aktyorlar İlham Səfərli, İlahə Səfərova, və başqaları canlandırırlar.

Sizin Reklam Yeriniz