Əlaqə Arxiv
news Image
2016.11.21
17:34
| A A A
Mərkəzi Elmi Kitabxanada qorunan unikal kitab

AMEA Mərkəzi Elmi Kitabxanasının Qərbi Avropa fondunda  Dr. Eduard Eichwaldın “Xəzər dənizi və Qafqaza səyahət" əsəri mühafizə olunur. 
Bu barədə məlumatı AMEA Mərkəzi Elmi Kitabxanasından veriblər.
“Müəllif 1825-26-cı illərdə Qafqaza səyahətinin nəticəsindən ilhamlanaraq belə bir kitab hazırlayıb. 1831-ci ildə nəşr olunmuş əsər Bakının təbiəti, kəndləri, xalçaları, o cümlədən Dağıstanda yaşıyan türk tayfalarının həyat tərzindən bəhs edir. Onu da qeyd edək ki, kitabda N.Kolatkin tərəfindən çəkilmiş Xəzər dənizi və onun ətrafındakı ölkələrin, şəhərlərin əks olunduğu xəritə də öz əksini tapıb”.

 

Sizin Reklam Yeriniz