Əlaqə Arxiv
news Image
2016.11.22
18:27
| A A A
Operasevərlər, Bakıda "Riqoletto" olacaq

Dekabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, onların Kiyevli həmkarları – Ukrayna Milli operasının solistləri də iştirak edəcəklər. Belə ki, tamaşadakı Riqoletto partiyasında Ukraynanın Əməkdar Artisti Pyotr Primak, Hersoq partiyasında isə Ukraynanın Əməkdar artisti Dmitri Kuzmin çıxış edəcəklər.

Qastrolşularla yanaşı tamaşada həmçinin yerli sənətçilər - Azərbaycanın Xalq Artisti Əli Əsgərov (Sparafuçille), Əməkdar artistlər İnarə Babayeva (Cilda), Əkrəm Poladov (Monterone), Səbinə Əsədova (Maddalena) və gənc solist Nina Makarova (qrafinya de Çeprano) da əsas rollarda çıxış edəcəklər.

Operanın dirijoru isə Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

Sizin Reklam Yeriniz