Əlaqə Arxiv
news Image
2016.11.28
10:40
| A A A
"Qobustanın sirri ( Qıpçaqlara gedən yol )" kitabının mərkəzi elmi kitabxanada təqdimatı keçirildi

25 noyabr 2016-cı il tarixdə AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Türkiyənin Ərzurumdakı Atatürk Universitetinin nəzdində fəaliyyət göstərən Türkiyə Araşdırmaları İnstitutunun müdiri, professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” elmi kitab-albomunun təqdimatı keçirilib.
Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Mövsüm Nağısoylu nəşr haqqında danışıb: "C.Alyılmaz böyük axtarışları sayəsində türk dünyasının ən qədim mədəniyyət nümunələri barədə hazırladığı kitabda Qobustan qayaüstü yazıları ilə bağlı geniş məlumat verir. O, “Ömür kitabım” adlandırdığı bu əsərdə təkzibolunmaz faktlarla əsaslandırır ki, türkdilli xalqların ən qədim yazı və qayaüstü rəsm mədəniyyətləri Azərbaycandan - Qobustandan başlanır. Alim “Qobustan” adının yaranması və mənası barədə dəyərli tədqiqatlar aparıb."
Professor Cengiz Alyılmaz əsər barədə fikirlərini bölüşərək bildirib ki, ümumilikdə 704 səhifə olan kitabda, həmçinin əksəriyyətinin professorun özünün müəllifi olduğu, türk xalqlarına aid abidələri əks etdirən nadir fotolar yerləşdirilib. Türk dilinə, qədim tarixinə və mədəniyyətinə dair son dərəcə orijinal faktların toplandığı bu əsər tədqiqatçılar üçün dəyərli vəsaitdir.
Tədbirin sonunda Bitlis Eren Universitetinin rektoru, professor Mahmut Doğru tərəfindən MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərovaya xatirə hədiyyəsi, Cengiz Alyılmaz tərəfindən isə müəllifi olduğu kitab təqdim olunub.

Sizin Reklam Yeriniz