news Image
2016.12.08
17:56
| A A A
Xalq artisitinin oğlunun əmlakına həbs qoyuldu

Mərhum xalq artisti Məmmədbağır Bağırzadənin oğlunun əmlakına məhkəmə həbs qoyub.
M.Bağırzadənən müğənni kimi fəaliyyət göstərən oğlu Rahim Bağırzadə barəsində aparılan məhkəmə prosesi nəticəsində belə bir qərar verilib.
Artıq M.Bağırzadənin adına olan və etibarnamə ilə satdığı “Kia” markalı avtomobil yol polisləri tərəfindən saxlanılaraq dayanacağa aparılıb.
Qeyd edək ki, bir müddət əvvəl Mürvət Abdullayev adlı şəxs Yasamal Rayon Məhkəməsinə müraciət edərək R.Bağırzadənin ondan 40 min manat aldığını, lakin qaytarmadığını bildirib. M.Abdullayev R.Bağırzadənin bir sıra tanınmış şəxslərə qarşı da dələduzluq etdiyini bildirib.
R.Bağırzadə isə telekanalların birində qonaq olduğu verilişdə bəzi problemlərlə bağlı atasından qalan bağı satdığını deyib. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs