news Image
2016.12.09
13:26
| A A A
Son qərar: "Eurovision-2017" Kiyevdə keçiriləcək

Avropa Yayım İttifaqının Baş Assambleyası "Eurovision-2017" beynəlxalq mahnı yarışmasının Kiyevdə keçirilməsi barədə yekun qərar qəbul edib.

Movqe.az  xəbər verir ki, bu barədə müsabiqənin təşkilatçılarından olan "UA: Birinci" telekanalının mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl "Bild" nəşri təşkilat komitəsinə istinadən məlumat yaymışdı ki, "Eurovision" təşkilatçıları yarışmanın 2017-ci ildə Rusiyada keçirilməsi ilə bağlı danışıqlar aparırlar.

Telekanalın məlumatında isə qeyd olunur ki, artıq məsələyə nöqtə qoyulub: "Dekabrın 8-də İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Yayım İttifaqı Baş Assambleyasının iclasında yekun qərar qəbul edilib. Qərara əsasən, 2017-ci ildə beynəlxalq mahnı yarışmasını Ukrayna paytaxtı qəbul edəcək".

Müsabiqənin yarımfinalı mayın 9 və 11-nə, finalı isə mayın 13-nə planlaşdırılıb.

Xatırladaq ki, "Eurovision-2016" yarışmasının qalibi ukraynalı ifaçı Cəmalə olmuşdu./trend/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs