news Image
2016.12.20
13:57
| A A A
Ulu öndər Heydər Əliyev həmrəyliyimizi təmin edən Azərbaycançılıq ideologiyasının banisidir

Movqe.az  xəbər verir ki, Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin növbəti, 210-cu məşğələsi keçirilib.

“Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna həsr olunmuş məşğələni giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, hər hansı bir xalqın siyasi iradə və qətiyyət nümayiş etdirərək müstəqil dövlət yaratması onun milli birliyinin nəticəsidir. Rektor Azərbaycançılıq və milli həmrəylik ideyalarının təşəkkül tarixindən, əhəmiyyətindən danışaraq vurğulayıb ki, tarixin ən böyük azərbaycanlısı olan ümummilli lider Heydər Əliyev xalqımızın milli həmrəyliyə nail olmasında, dünyada Azərbaycan diasporunun formalaşmasında və təşkilatlanmasında misilsiz xidmətlər göstərib.

Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov mövzu ilə bağlı məruzə edərək milli müstəqillik, milli həmrəylik uğrunda mübarizənin bünövrəsinin Naxçıvanda qoyulduğunu xatırladıb. Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1991-ci il dekabrın 16-da­ 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı xüsusi qərar imzalayıb.

Məruzədə ulu öndər Heydər Əliyevin milli dövlətçilik ənənələrinə söykənən siyasi xəttinin bu gün də uğurla davam etdirildiyi vurğulanıb, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, ümummilli liderin buradakı proqram xarakterli tarixi çıxışı, qarşıya qoyduğu mühüm vəzifələr barədə danışılıb. Bildirilib ki, bu gün dünyanın müxtəlif qitələrində yaşayan, fəaliyyət göstərən həmvətənlərimiz inkişaf etmiş, müstəqil, demokratik Azərbaycan dövlətinin qayğı və himayəsini daim öz üzərlərində hiss edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə yaradılan Diasporla İş üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərimizin dünyada təbliği istiqamətində gördüyü işlər bunu bir daha təsdiq edir. Azərbaycan diasporu isə milli maraqlarımızı, müstəqil Azərbaycan dövlətinin siyasətini bundan sonra da qətiyyətlə müdafiə etməlidir.

Saleh Məhərrəmov məşğələyə yekun vuraraq kollektivi qarşıdan gələn əlamətdar bayram münasibətilə təbrik edib, tələbə-gəncliyi öz milli

mənsubiyyəti ilə daim qürur duyan, siyasi fəaliyyətini Azərbaycanın tərəqqisinə və təbliğinə həsr etmiş ümummilli liderin ideyaları ətrafında sıx birləşməyə çağırıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs