Əlaqə Arxiv
news Image
2016.12.25
20:33
| A A A
Ağaxan Abdullayev dünyasını dəyişdi

Bu gün uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında muğam və xalq mahnılarının tanınmış ifaçısı, Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli Ağaxan Abdullayev vəfat edib.

Abdullayev Ağaxan Minaxan oğlu 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub. 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışır. 

1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. Bir çox beynəlxalq və dövlət mükafatları ilə qeyd olunub.

Sizin Reklam Yeriniz