Əlaqə Arxiv
news Image
2017.01.13
14:36
| A A A
"Xarı bülbül"ə klip çəkdilər-pop-rokla milli musiqinin sintezi

Şuşanın simvolu olan Xarı bülbülə daha bir mahnı ithaf olunub. Sözləri, musiqisi və aranjemanı Rübail Əzimova aid “Xarı bülbül” mahnısına klip də çəkilib. Əsər xalq artisti Alim Qasımovla duet şəklində ifa olunur.
 
Movqe.az-ın apa-ya istinadən  məlumatına görə,  mahnı fərqli aranjemanda, etnik və klassik üslubların birgə əksini tapdığı soft rok janrındadır: “Aranjeman baxımından fərqli hazırlanıb: " Pop-rok janrını milli musiqi ilə sintez etmişik. Violonçel istifadə olunub - bu alət insan səsinə daha yaxındır. Tütək, tar kimi milli alətlər də istifadə olunub. Sağ olsun Alim müəllim, dinlədi və layihəmizdə iştirak etdi. Düşünürəm ki, izləyən insanların ürəyincə olacaq”.
  
Müəllif bu əsəri Üzeyir Hacıbəyliyə ithaf edib. Klipdə Üzeyir Hacıbəyli və Xurşidbanu Natəvan xəyali obrazlar kimi yer alıb. Yeri gəlmişkən, klipdə Elxan Cəfərovun “Qarabağdır Azərbaycan” filmindən fraqmentlərdən də istifadə olunub. Tədbirdə iştirak edənlər layihənin fərqli olduğunu xüsusi qeyd ediblər.
 
 Qeyd edək ki, xalq artisti Alim Qasımov dünya turnesi çərçivəsində ABŞ-da səfərdə olduğundan, təqdimat mərasiminə qatıla bilməyib

Sizin Reklam Yeriniz