Əlaqə Arxiv
news Image
2017.01.30
10:43
| A A A
İbrahim Balaxan oğlu İbrahimov

Nüfuzlu ziyalı, tanınmış jurnalist – publisist, SSRİ Jurnalistlər İttifaqı və AJB-nin üzvü olmuş, 1977-ci ildən 1994-cü ilə kimi rayonun “Çağırış” qəzetinə redaktorluq etmiş İbrahim Balaxan oğlu İbrahimovвdur. 
İbrahim İbrahimov 1934-cü ildə Masallı rayon Təzə Alvadı kəndində anadan olmuşdur. 1957-ci ildə Təzə Alvadı orta məktəbini bitirən İ. İbrahimov 1957-1959-cu illərdə oxuduğu məktəbdə pioner baş dəstə rəhbəri işləmişdir. 
1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirəndən sonra Azərbaycan SSR Dövlət Mətbuat Komitəsinin “Qızıl Şərq” mətbəəsində korrektor işləmişdir. 1965-ci ilin iyul ayından Masallıda çıxan “Çağırış” ( indiki "Yeni həyat" ) qəzeti redaksiyasında məsul katib, şöbə müdiri, redaktor müavini işləmişdir. 1976-cı ilin yanvarından 1977-ci ilin avqustuna kimi Masallı Rayon Pariya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1977-ci ilin avqust ayından 1994-cü ilə kimi “Çağırış” qəzetində redaktor işləmişdir. İ. İbrahimovun publisist yazıları onlarca kitablarda dərc olunmuşdur. 
İ. İbrahimov Masallı RPK-nın üzvü, rayon sovetinin deputatı, Azərbaycan KP XXX qurultayının nümayəndəsi olmuşdur. 
İbrahim İbrahimov işlədiyi müddətdə dövlətçiliyimizə sədaqətlə xidmət etmiş, yaxşı təşkilatçı kimi tanınmış, rayon mətbuatının inkişafı naminə xidmətini əsirgəməmiş, bölgədə yeni tipli mətbəənin tikintisinə nail olmuş, ustad yazar gənc jurnalistlərin yetişməsinə xidmət etmişdir. Lenin yubiley medalı, Fəxri fərmanlarla təltif olunmuşdur. 
 İbrahim Balaxan oğlu İbrahimov 15 yanvar 2017-ci ildə 83 yaşında vəfat etmişdir. 
 

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz