Əlaqə Arxiv
news Image
2017.01.30
16:36
| A A A
“Fitnə” filmi Masallı “Asan həyat” kompleksində nümayiş etdirilib

Yanvarın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə hazırlanmış  dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Masallı regional  “Asan həyat” kompleksində təqdim olunub.

Tədbirdə Masallı regional “Asan xidmət” Mərkəzinin direktoru Vidadi Muxtarov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, gənc dindarlar, “Asan xidmət” Mərkəzinin könüllüləri iştirak ediblər.
Filmin nümayişindən öncə Masallı regional “Asan xidmət” Mərkəzinin direktoru Vidadi Muxtarov çıxışında “Fitnə” filminin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığın gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdən söhbət açaraq bildirib ki, bununla bağlı ölkəmizin bütün bölgələrində çoxsaylı seminarlar, görüşlər keçirilir, müxtəlif kitab və çap məhsulları nəşr edilərək yayılır. Bu səbəbdən DQİDK-nın sifarişi ilə radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” adlı sənədli film hazırlanıb. Filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.
Filmin nümayişindən sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əlihüseyn ŞÜKÜROV.

Sizin Reklam Yeriniz