Əlaqə Arxiv
news Image
2017.01.31
13:45
| A A A
Muzeyin Hədiyyələr və Xatirə Əşyaları Fonduna yeni materiallar daxil olub

Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq yeni hədiyyələrlə zənginləşir. Belə ki, Şamaxı zadəganları nəslindən Adil bəy Cəbrayılbəyliyə məxsus şəxsi əşyalar onun qohumu Ş.Qasımov tərəfindən Muzeyə təqdim edilmişdir. Qeyd edək ki, Adil bəy Cəbrayılbəyli Azərbaycanın görkəmli ziyalısı, yazıçı və əməkdar müəllimi Camo Cəbrayılbəylinin atasıdır.
Adil bəy Cəbrayılbəyliyə məxsus yeni materiallar - möhür qabı, təsbeh və nəfəs musiqi alətidir. XIX əsrin sonuna aid olan bu eksponatların Muzeyə təqdim olunması zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

 

 

Sizin Reklam Yeriniz