news Image
2017.02.09
12:58
| A A A
OXU, MƏNSUM, OXU, MƏNSUM, QOY SƏSİN ÜRƏKLƏRDƏ KAMAN KİMİ TİTRƏSİN!

Təxminən son əlli ildə səhnədəki bütün Məcnunlara canlı tamaşa eləmişəm. Hamısının da könlündə, özü də təkcə mənim yox, xalqımızın könlündə öz yeri var. Bir Nizaminin Məcnunu var, bir də Füzulinin, hər iki əsəri oxuyanlar fərqini çox gözəl bilir. Mənim fikrimcə, Üzeyir Hacıbəyov Füzulinin «Leyli və Məcnun»u səhnəyə gətirsə də sənətçilərimiz daha çox Nizaminin Məcnununa oxşayırdılar.
Mənsum isə bu rolda əsl tapıntı idi. Mənsum Füzulinin yaratdığı Məcnundu. Məcnunların Məcnunudu.
Vaqif Cəbrayılzadə (Odər) Qədirin səsini qeybdən gələn səs adlandırır. Mənim təsəvvürümdə Füzulinin Məcnununun səsi də qeybdən gələn səsdi. Mənsum İbrahimov da Məcnunun ağrı-acısını, eşqini, sevgisini, kədərini bax, həmin qeybdən gələn bir səslə ifa edir.nDostum, sən həm səsinlə, həm mədəniyyətinlə, həm şəxsiyyətinlə bu xalqın ürəyindəsən. Canəli müəllimin sözlərindən incimə, ağsaqqaldı da. Hirslənib ağsaqqallığını yadından çıxarıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs