news Image
2017.02.09
13:32
| A A A
Canəli Əkbərovdan tələbəsinə: Ay qız, “buramı ovuşdur, oxay…”

Dünyada elə bir ölkə tanımıram ki, mədəniyyətə, musiqiyə, incəsənətə dövlət səviyyəsində bu qədər dəyər verilsin. Mən hələ Muğamımızı demirəm. Dövlət, bilavasitə Heydər Əliyev fondunun dəstəyi ilə bugün Muğamımız dünyaya səs salır. Mənə, bir nəfər muğam ifaçısı göstərin ki, nədəsə korluq çəksin. Vallah mən, görməmişəm. Maşallah, xan kimi yaşayırlar. Amma son günlər bəzi muğam ustalarına görünür xan kimi yaşamaq düşməyib, onlar, muğam ustasından söz ustasına çeviriliblər. Özü də “vorovskoy”… Yəqin ki, hazırda bu yazını oxuyanlar söhbətin muğam ifaçısı, özü də xalqın artisti Canəli Əkbərovdan getdiyini müəyyən etdilər. Qardaş, nə yalan deyək, adam hər il muğamla olmasa da, bir sörgüşəzti ilə diqqət mərkəzinə düşür də…Yadınızdadırsa, 2013-cü ilin elə fevral ayında öz qız tələbələrinə özünü masaj elətdirən, arada bir də, Ay qız, “buramı ovuşdur, oxay…” deyib internetdə fenomenı çevrilən Canəli Əkbərov – “Guya o videoda nə var? Camaatı saunada görürlər, danışmırlar. Onunla mənə heç nə edə bilməyəcəklər” deyə açıqlama verərək, sanki heç kəsi saymırmış kimi özünü Maldiv adalarının şeyxi hiss edirdi.Xalq artistinə o zaman bunu yaraşdırmamışdım. Elə indi də öz həmkarlarını, özüdə xalqın ən sevdiyi sənətkarlar olan insanları təhqir etməsi, məni bu yazını yazmağa vadar etdi, Canəli canı. Əlibaba Məmmədovu “Əlibobbi”, Mənsum İbrahimovu “çənəsi əyri gədə” adlandıran Canəli Əkbərovun masaj “kayfında” olmaması nə məlum?Ayıbdır, vallah ayıbdır! Muğam sənətkarlarının belə bir davası ayıbdır. Gənc xanəndələr indi sizdən necə ibrət götürəcək?Canəli Əkbərovun belə bir açıqlaması heç gənc xanəndələr, eləcə də iş adamları tərəfindən birmənalı qarşılanmayıb. Asəf Zeynallı adına musiqi məktəbinin tələbəsi Ayşə Əlizadə deyir ki, Mənsum bəy kimi kübar və elinə, dövlətinə bağlı insanlar az-az tapılar. Canəli bəydən isə belə sözlər gözləmək təəccüblü deyil tələbə üçün. Bunu özü etiraf edir.

İş adamı, Xəmsə şadlıq sarayının sahibi və xanəndələri çox yaxından tanıyan Mürvət Həsənlinin də fikirlərini öyrənmişik. O, hələ də sənətkarlarımıza qarşı belə bir ifadələrin işlədilməsinin mənfi təsirini hiss etdiyini deyir.“Bilirsiz, mən Canəli Əkbərovu lağa qoyduğu dəyərli sənətkarlarımızla yan yana çox görmüşəm. Onu da görmüşəm ki, bax o lağa qoyulan sənətkarlar hər zaman Canəli Əkbərova ağsaqqal gözü ilə baxıb, hörmətini saxlayıblar. Məni ən çox, dəyərli sənətkarımız Mənsum İbrahimova ünvanlanan hərbidən gizlənir sözləri təsir etdi. Sizi inandırıram ki, dövlət tədbirlərində, el şənliklərində, toylarda sənətçiləri bir yerdə görürəm və Mənsum İbrahimov olan yerdə, VƏTƏN, ANA, DÖVLƏT kəlməsi dillərdən düşmür. Açıq deyirəm, Mənsum İbrahimov kimi başqa xanəndəmiz də cəbhədə şəhid olan övladımız üçün kütlə içərisində göz yaşı tökübmü? Yadımdadı, aprel döyüşlərində cəbhəyə əsgərələrə ruh yüksəkliyi  vermək üçün yollanan Mənsum İbrahimov günlərlə ac, susuz, yuxusuz qalıb səngərləri bir bir gəzirdi!Mən bunun əyani şahidi olmuşam. Olmaz, Canəli bəyin belə müsahibəsi muğamımıza ziyandır, ləkədir!”- deyə iş adamı qeyd edib.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs