Əlaqə Arxiv
news Image
2017.02.26
13:00
| A A A
Mahnı Teatrında Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirib

 

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Rəşdi Behbudov adına Mahnı Teatrında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

İdarədən Movqe.az-a verilən məlumata görə, tədbirdə Xocalı soyqırımında həlak olan günahsız insanların xatirəsi bir dəqiqəlik sukutla yad edilib, himn səslənib.

Millət vəkilləri, ictimai-siyasi xadimlər, icra nümayəndələrinin iştirak etdiyi tədbirdə Kino Xidməti İdarəsinin hazırladığı Xocalı faciəsinə həsr olunmuş “92-ci ilin qarı” adlı sənədli film nümayiş olunub.

Sizin Reklam Yeriniz