Əlaqə Arxiv
news Image
2017.03.10
15:38
| A A A
Milli Teatr Günü Kukla Teatrında da qeyd olunub

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 10 mart - Milli Teatr Günü münasibətilə tədbir keçirilib.

Movqe.az  xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində müxtəlif ölçülü kuklalardan ibarət sərgiyə baxıblar.

Sonra teatrın repertuarında olan 10-dan artıq səhnə əsəri əsasında hazırlanmış tamaşa təqdim olunub.

Tədbirdə Kukla Teatrının 85 illik tarixini əks etdirən videoçarx nümayiş edilib.

Sonda teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadları çıxış ediblər.

Sizin Reklam Yeriniz