Əlaqə Arxiv
news Image
2017.03.10
17:55
| A A A
Dünyanın məşhur dirijoru azərbaycanlı müəllimlərə dərs deyəcək

Dünya şöhrətli violin ifaçısı, dirijor, Menuhin adına Beynəlxalq Musiqi Akademiyasının, London və Belçika Kral Akademiyalarının professoru Leonid Kerbel Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində ustad dərsləri keçəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, ustad dərsləri 14-17 mart tarixlərində keçiriləcək. Bu dərslərdə paytaxtın uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri və istedadlı şagirdləri iştirak edəcək.

Ustad dərsləri çərçivəsində seçim turundan keçən istedadlı şagirdlər Belçikada hər il keçirilən "Musica Mundi" festivalına dəvət alacaq. Yüksək hazırlıq səviyyəsi ilə seçilən şagirdlər üçün "Musica Mundi" festivalının təşkilatçıları tərəfindən xüsusi təqaüdün ayrılması da nəzərdə tutulub.

Sizin Reklam Yeriniz