Əlaqə Arxiv
news Image
2017.03.12
13:00
| A A A
Dünyanın ən yaxşı 50 filmi - SİYAHI

Movqe.az lent.az-a  istinadən  Sevda Sultanovanın "Baxılası 50 film" seçdiyi ilk 25 filmi təqdim edir.

1. Pedro Almodovar - "Anam haqda hər şey" ("All About My Mother")

İspaniya - 1999

Yazıçı olmağı arzulayan 17 yaşlı Esteban məşhur aktrisadan avtoqraf almaq istəyəndə anasının gözləri qarşısında qəzada ölür. Manuela oğlunun "Anam haqda hər şey" adlı gündəliyini tapır. Gündəlikdən bilir ki, oğlu atasını tanımağı çox istəyib. Manuela yeni həyata başlamaq qərarını verir. Və o, Barselonaya oğlunun transvestit olan atasını axtarmağa gedir.

2. Billi Uaylder - "Sanset bulvarı" ("Sunset Boulevard")

Amerika - 1950

Film gənc ssenarist Gillisin hovuzda tapılan cəsədinin təsvir edildiyi səhnə ilə başlayır. Kadr arxasında Gillis onun ölümünə gətirən əhvalatı danışır. Gənc ssenarist Hollivudda öz yerini tapmaq istəyir. Amma onun işləri diqqətdən kənarda qalır. 

3. Frensis Ford Koppola  "Söhbət" ("The Conversation")

Amerika - 1974

Söhbətləri gizli dinləmək üzrə usta olan Harri Kola yüksək peşəkarlığına görə həmkarları hörmət edir.  Kol sevgilisinə heç nə danışmır, taksofondan zəng edir, iddia edir ki, ev telefonu yoxdur. 

Sadəcə, öz işini görür, müştərilərə müşahidələrinin nəticəsini verir. Onun karyerasındakı ən uğurlu işi nəticəsində üç adam öldürülür. O, təsəllini mütəmadi  olaraq kilsələrdə tövbə etməklə tapır.

4. Aki Kaurismyaki - "Keçmişi olmayan adam" ("The Man Without a Past")

Finlandiya - 2002

Finlandiyanın əyalətində yaşayan işsiz kişi Helsinkiyə iş axtarmaq üçün gəlir. Vağzalda naməlum adamlar onu döyür. Huşsuz vəziyyətdə xəstəxanaya aparılan kişi yaddaşını itirir. Və o,  burda həyatını sıfırdan başlamalı olur.

5. Alen Rene - "Hirosima - sevgim mənim" ("Hiroshima My Love")

Fransa - 1959

İkinci dünya müharibəsindən sonrakı Yaponiya. İkinci Dünya Müharibəsinin və nüvə fəlakətinin ağrılarını yaddaşlarında daşıyan fransız aktrisası Riva ilə yapon arxitektoru Okada qarşılaşır. Gecəni birlikdə keçirən qadın və kişi keçmişlə bağlı travmalardan azad ola bilmirlər.

6. Pol Tomas Anderson - "Maqnoliya" ("Magnolia")

Amerika - 1999

Film müxtəlif hekayətlər toplusudur.

7. Mikelancelo Antonioni - "Macəra" ("The Adventure")

İtaliya - 1960

Məşhur diplomatın qızı Anna dostları ilə dəniz səyahətinə çıxır. Səfər zamanı Anna müəmmalı şəkildə yoxa çıxır. Dostlanının onu axtarşı cəhdləri nəticəsiz qalır. Qəfil itkinin həyəcanı, Annanın taleyi haqda cürbəcür fərziyyələr yerini tədricən sevgi əhvalatına verir. İtkin düşən qadının sevgilisi Sandro ilə onun rəfiqəsi Klaudiya arasında məhrəm bağ yaranır.

8. İnqmar Berqman - "Persona" ("Persona")

İsveç - 1966

Teatr aktrisası Elizabet tamaşa zamanı qəfildən susur və daha danışmır. Psixiatr müəyyənləşdirir ki, Elizabet psixi sağlam olsa da qəribə bir vəziyyətdə - donub qalma vəziyyətindədir. Onu baxıcısı, tibb bacısı Alma ilə birlikdə şəhərkənarı evə dincəlməyə yollayırlar. Elizabet susur, Alma isə onu vəziyyətdən çıxarmağa çalışır.

9. Bernardo Bertoluççi - "Konformist"  ("The Konformist")

İtaliya - 1970

Hadisələr 1938-cil ildə cərəyan edir. Gənc aristokrat Marçello Kleriçi "normal"  həyat qurmaq arzusundadır. Buna görə o, faşistlərlə əməkdaşlığa gedir, orta təbəqədən yaraşıqlı qadınla ailə qurur. Hadisələrin gedişatında bəlli olur ki, Marçellonun uşaqlıq travmaları var: anası morfindən istifadə edir, atası psixi xəstəxanda yatır, özü isə uşaqlıqda sürücü tərəfindən cinsi zorakılığa məruz qalıb.

10. Robert Bresson - "Həyat belədir, Baltazar" ("Balthazar, at Random")

Fransa - 1966

Filmdə Baltazar adlı eşşəyin həyatı nəql olunur. Eşşəyin ilk sahibinin uşaqları onu Baltazar adlandırılar. Eşşək sahiblərini dəyişir, əldən ələ keçir. Bəziləri ona mərhəmətli, bəziləri amansız davranır. Heyvan  bütün olanları itaətlə, dözümlə qarşılayır.

11. Luis Bunuel - "Burjuaziyanın təmkinli cazibəsi" ("The Discreet Charm of the Bourgeoisie")

İspaniya - 1972

Filmin qəhrəmanları yüksək təbəqəyə məxsus  üç kişi və üç qadındır. Yuxu ilə reallığın qarışığı olan filmdə personajlar bütün film boyu maneələrə baxmayaraq, birlikdə yemək yeməyə çalışırlar.

12. Cim Carmuş - "Qırıq güllər" ("Broken Flowers")

Amerika - 2005

Sizin Reklam Yeriniz