Əlaqə Arxiv
news Image
2017.04.05
15:46
| A A A
Musiqili Teatrda bu həftə sonu 5 tamaşa - SİYAHI

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.
Teatrdan Movqe.az-a verilən məlumata görə, 7, 8, 9 aprel tarixlərində saat 12.00 və 19.00-da “Silva” (İ. Kalman), “Düyməcik” (H.K. Andersen), “Mənim günahım” (Q. Qarayevin musiqiləri və İ. Əfəndiyevin eyni adlı pyesi əsasında), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi) tamaşaları təqdim olunacaq.
 
Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində xalq artistləri Fatma Mahmudova, Şükufə Yusupova, əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Boris Qrafkin, Almaz Ələsgərli, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, İlham Hüseynov, aktyorlar Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova və başqalarının ifalarını izləyə biləcəklər.
 
Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 7 apreldə saat 19.00-da İ. Kalmanın “Silva” operettası böyüklər, 8 apreldə saat 12.00-da H.K. Anderseninn “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” əsəri 10 apreldə saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq. 
 
Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Sizin Reklam Yeriniz