Əlaqə Arxiv
news Image
2017.04.06
14:58
| A A A
Dünya Autizm Məlumatlandırma Gününə həsr edilmiş tamaşa nümayiş olunub

Aprelin 5-də Azərbaycan Dövlət Kukla Teatrında (ADKT) Dünya Autizm Məlumatlandırma Günü münasibətilə tədbir keçirilib. Movqe.az xəbər verir ki, Dövlət Kukla Teatrı və Müasir Psixologiya Mərkəzinin birgə layihəsi çərçivəsində reallaşan tədbir “Əlimdən tut” adlı sözsüz tamaşanın nümayişi ilə başlayıb. Tamaşada ADKT-nin nəzdində “Oyuq” teatr-studiyasının balaca aktyorları və autizm sindromlu uşaqlar da iştirak ediblər. Müəyyən inkişaf məşğələləri keçən bu autizm sindromlu uşaqlar ilk dəfə səhnəyə çıxaraq öz yaşantılarını hərəkətlərin dili ilə tamaşaçılara çatdırmağa çalışıblar.

İdeyası ssenarist-rejissor Səidə Haqverdiyevaya məxsus 15 dəqiqəlik sözsüz tamaşanın sonunda uşaqlara həsr olunmuş mahnı-himn (sözləri Cəmilə Allahverdiyeva, musiqisi Vüqar Camalzadə) səsləndirilib. Səhnə işinin quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

Tədbirdə il ərzində autizm sindromlu uşaqlara kömək göstərən İbrahim Yıldırım, Günel Anarqızı, Zöhrə Əliyeva, Ülviyyə Əliyeva, Afaq Gəncəli, Zəhra Bədəlbəyli, Cəmilə Allahverdiyeva, İqbal Əliyev, Selcan Xatun və başqalarına Müasir Psixologiya Mərkəzi tərəfindən “Autizm uşaqların dostu” mükafatları və diplomları təqdim olunub.

Tədbirin təşkilində məqsəd autizm sindromlu uşaqların cəmiyyətə adaptasiya olunması, onların insanlara daha da yaxınlaşdırılmasıdır.

Sizin Reklam Yeriniz