Əlaqə Arxiv
news Image
2017.04.07
12:29
| A A A
Rasim Balayev baş rol oynadığı filmin qala gecəsinə niyə gəlmədi?

Xalq artisti Rasim Balayev baş rollardan birini oynadığı “Sara” filminin ötən gün baş tutan qala gecəsində iştirak etməyib. 

Movqe.az xəbər verir ki, filmin rejissoru Elvin Əhmədov bunu aktyorun səhhətindəki problemlə əlaqələndirib. 
 
Rasim Balayev bir neçə ildir ki, şəkər xəstəliyindən əziyyət çəkir. Aktyor əvvəlki açıqlamalrında filmin çox fərqli ssenarisi olduğunu qeyd edib: “Mən Saranın qayınatası Cavanşir bəy rolundayam.  Ümumiyyətlə, bu filmdən gözləntim böyükdür. İnanıram ki, tamaşaçıda böyük maraq doğuracaq”.

Filmin süjet xəttinə görə, həyat yoldaşı bir il əvvəl müəmmalı şəkildə vəfat edən Saranı bir il sonra bir nəfər narahat edərək həyatını dəfələrlə təhlükə altına atır. Sara tanınan iş adamı Cavanşir Nəbiyevin gəlini olur. Qızı kimi sevdiyi gəlini Saranın dəhşət içində olduğunu görən Cavanşir onu qorumaq və Saranı narahat edən adamı ifşa edib zərərsizləşdirmək üçün işə başlayır.

Sizin Reklam Yeriniz