Əlaqə Arxiv
news Image
2017.04.12
16:36
| A A A
Bakıda və Şəkidə Qazaxıstanın mədəniyyət günləri keçiriləcək

Aprelin 12-dən 15-dək Bakı və Şəki şəhərində qardaş Qazaxıstan və Azərbaycan ölkələri arasında  diplomatik əlaqələrin yaranmasının 25 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və “TÜRKSOY”-un dəstəyi ilə Qazaxıstan Respublikası Kızılorda vilayətinin mədəniyyət və incəsənət günləri keçiriləcək.
 
S.Rəhman adına Şəki Dövlət Dram Teatrının mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd Böyük çöllər ölkəsinin mədəniyyət və incəsənətinin yaxından tanıdılması, Azərbaycan və Qazaxıstan respublikaları arasında uzunmüddətli dostluq münasibətlərinin və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin filarmoniya və teatrın yaradıcı kollektivləri arasında  təcrübə mübadiləsinin möhkəmləndirilməsidir.
 
Mədəniyyət və incəsənət günlərinin proqramına Kızılorda vilayətinin filarmoniyasının konserti və N. Bekejanov adına Qazax Dram Teatrının quruluşunda M. F Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat”  əsəri əsasında hazırlanmış  “Getməyəcəksən! Vəssalam, getməyəcəksən” teatr tamaşası daxil edilmişdir.
 
Mədəniyyət və incəsənət günlərində Qazaxıstanın tanınmış mədəniyyət və incəsənət ustalarının çıxışı nəzərdə tutulmuşdur
 
Tədbirlər proqramı  çərçivəsində Kızılorda vilayət filarmoniyasının konserti 12 aprel tarixində Bakı şəhəri, Azərbaycan Dövlət Musiqili teatrında, tamaşanın nümayişi  isə S. Vurğun adına Rus Dram Teatrında baş tutacaq. Mədəniyyət və incəsənət günləri 13 və 14 aprel tarixlərində Şəki şəhərində, S.Rəhman adına Şəki Dövlət Dram Teatrında davam etdiriləcək.
 
Xatırladaq ki, nümayiş etdiriləcək tamaşanın məsləhətçisi Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, S.Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimlidir.

Sizin Reklam Yeriniz