Əlaqə Arxiv
news Image
2013.08.28
12:17
| A A A
Aynur Talıbova: "Onlar heç zaman yataqda orqazm hiss etməmiş bədbəxt qadınlardır"

İyunun əvvəlində məşhur teleaparıcı Aynur Talıbova ana oldu. Teleaparıcının Uğur adlı oğlu dünyaya gəldi. Aynurun ailəsində körpənin dünyaya göz açması mətbuatda ajiotaja səbəb oldu, bəzi mətbuat orqanları bu xoş xəbəri qalmaqallı kontekstdən təqdim etdilər. 


Movqe.az xəbər verir ki, əvvəllər şəxsi həyatından demək olar ki, danışmayan Aynur Talıbova ilk dəfə 1news.az-a verdiyi eksklüziv müsahibəsində ailəsi, həyat yoldaşı və oğlu Uğur haqqında danışıb. 


38 yaşlı aparıcı ictimai rəyin onun üçün önəmli olmadığını vurğulayıb: "Mən ictimai rəyə tüpürürəm! Ona görə ki, bu ictimai rəyin nədən ibarət olduğunu görürəm. Mən özgələrin şəxsi həyatına başımı soxmuram, necə ki, bizdə çoxları bunu etməyi xoşlayır. Heç kimi mühakimə etmirəm. Onsuz da Bakıda hamı bir-biri barədə hər şeyi bilir. Hər kəsin ağlı var, lakin istədiyi kimi yaşamağı az adam bacarır, bunu etməyi bacaranlar isə əsasən bacardıqları kimi yaşayırlar. Kimsə açıq şəkildə danışdıqda isə bu insanlarda səksəkə və qorxu hissləri doğurur. Mənim məktəb illərim  Sovetlər Birliyinin dağıldığı dövrə təsadüf edir. Mənim qəhrəmanlarım Salatın Əskərova və Çingiz Mustafayev olub. Onların reportajlarını izləyərək mən özümə jurnalistika ixtisasını seçmişəm, həmişə reportyor olmaq istəmişəm. Bu, mənim məqsədim olub. Mənim üçün evlilikdən öncə həmişə təhsil və karyera olub". 


Aynur Talıbova oğlu və həyat yoldaşı ilə bağlı cəmiyyətdə, sosial şəbəkələrdə dolaşan söz-söhbətə də münasibət bildirib: "Bu, mənim həyatımdır. Doğru bildiyimi etdim. Münasibətimi heç vaxt gizlətməmişəm, lakin "Baxın, mən tək deyiləm!" qışqıraraq həyatımda bir kişinin olduğunu da deməmişəm. Mənim şəxsi həyatım mənimdir və mən heç kimin ona kənardan qarışmasına icazə vermirəm.


Mənim haqqımda pis yazılar yazanların həyatında seks yoxdur, onlar heç zaman yataqda orqazm hiss etməmiş bədbəxt qadınlardır. Lakin bununla belə məni tənqid edən qadınların çoxları seksin ən iyrənc növlərindən həzz alır, özlərini "tikdirir", sonra qırmızı lentli ağ paltar geyinib nümayişkaranə şəkildə ərə gedirlər. Mən belələrinə təlxək deyirəm. Ancaq onlar həyatı necə yaşamağı öyrətməyə çalışır və mühakimə edirlər. Axı onlar kimdirlər?!".


Aparıcı həyat yoldaşı ilə münasibəıtinin ötən il başladığını da qeyd edib: "Biz 3 ildir tanışıq. Amma yaxınlaşma keçən il oldu. O, çox sakit biridir. O, məndən yaşca balacadır. Kişi qadından böyük olanda bunu cəmiyyətdə normal qəbul edirlər, lakin əks təqdirdə deyirlər ki, gənc oğlan ya alfonsdur, ya da qadın onu ovsunlayıb. Mənim elə bir imkanım yoxdur ki, kişi yanımda puluma görə olsun.


Biz həyat yoldaşımla bir-birimizi sevir, dəyər verir və hörmət edirik. Bütün bu dedi-qoduları eşidəndə mən ona deyirəm ki, sən heç vaxt cavab vermə, mən hamıdan daha yaxşı cavab verəcəyəm. Lakin mən həyatımda ilk dəfə susuram".


Sizin Reklam Yeriniz