Əlaqə Arxiv
news Image
2012.04.04
18:28
| A A A
Vüqar Səfərli:"Kütləvi informasiya vasitələrinin inkişafı dövlət başçısının daim diqqət mərkəzindədir"

Ölkəmizdə azad, demokratik medianın inkişafının dövlət tərəfindən himayə olunması xəttinin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham

 Əliyev 21 iyul 2008-ci il tarixdə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nı təsdiq etmişdir. Bu mühüm sənədin müddəalarını həyata keçirmək, KİV-lərin inkişafına dövlət dəstəyini təmin etmək üçün yaradılmış Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 3 yaşı tamam olur. Ötən müddətdə bu qurum fəaliyyətini uğurla nizama salmış, bir sıra maraqlı layihələrlə mətbu nəşrlərə və jurnalistlərə yardımçı olmuşdur. KİVDF-in icraçı direktoru Vüqar Səfərlinin "Xalq qəzeti"nə verdiyi müsahibəsində bütün bunlar barədə ətraflı söhbət açılır.


- Vüqar müəllim, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından 3 il ötür. Fondun yaradılması hansı zərurətdən irəli gəlirdi? 


- Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkədə demokratik islahatlar həyata keçirilmiş, fikir, söz və məlumat azadlığı, kütləvi informasiya vasitələrinin müstəqilliyi təmin edilmişdir. 1993-2003-cü illərdə kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafına zəruri şərait yaradan mükəmməl qanunvericilik bazası formalaşdırılmış, mətbuat orqanlarının sərbəst fəaliyyətinə əngəl yaradan amillər, ilk növbədə, senzura aradan qaldırılmışdır. Həmçinin, kütləvi informasiya vasitələrinə dövlət dəstəyi müntəzəm xarakter almış, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin siyasətini yeni dövrün tələblərinə uyğun davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demokratik islahatların mühüm tərkib hissəsi olan söz və məlumat azadlığının inkişaf etdirilməsini başlıca istiqamətlərdən biri kimi daim diqqət mərkəzində saxlamışdır. Azərbaycan Prezidentinin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, ilk növbədə, kütləvi informasiya vasitələrinə dövlət dəstəyini gücləndirmək, onun daha təkmil mex


anizmini formalaşdırmaq məqsədi daşıyırdı. Belə bir konsepsiyanın hazırlanması və qüvvəyə minməsi ilə faktiki olaraq milli mətbuatın inkişafında keyfiyyətcə yeni mərhələnin əsası qoyulmuşdur. Konsepsiya mükəmməl sənəd olaraq özündə mediaya dövlət dəstəyinin məqsədini, prinsip və mexanizmlərini əks etdirmişdir. Eyni zamanda, konsepsiyada mətbuata dövlət dəstəyini həyata keçirəcək qurumun yaradılması nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Prezidentinin 2009-cu il 3 aprel tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da məhz konsepsiyadan irəli gələn vəzifələrin həllinə xidmət etmişdir. Fondun yaradılması ilə KİV-lərə dövlət dəstəyi daha dolğun, sistemli və ardıcıl xarakter almışdır. Belə bir dövlət qurumunun yaradılması ölkə başçısının kütləvi informasiya vasitələrinin inkişafına və jurnalistlərin sosial qayğılarının həllinə böyük həssaslıqla yanaşdığını təsdiqləməklə yanaşı, həm də cənab Prezidentin uğurla reallaşdırdığı sürətli sosial-iqtisadi inkişaf, demokratikləşmə və modernləşmə kursunun vacib elementi kimi də nəzərdən keçirilməlidir. Fondun yaradılması ilə ölkə jurnalistlərinin arzu və istəkləri gerçəkləşdirilmiş, onların bütün sahələrdə dinamik inkişaf edən, müasirləşən Azərbaycanın nailiyyətlərindən daha səmərəli bəhrələnməsi üçün geniş imkanlar açılmışdır.

- Fondun təşkilatlanması istiqamətində hansı tədbirlər həyata keçirilmişdir?

- Azərbaycan Re

spublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2009-cu il tarixli sərəncamları ilə fondun icraçı direktoru və Müşahidə Şurasının 9 nəfər üzvü təyin edilmişdir. Bu təyinatlardan sonra fond konsepsiyaya və Nizamnaməsinə uyğun olaraq fəaliyyətə başlamış, Müşahidə Şurasının ilk iclasında qurumun gələcək fəaliyyət istiqamətləri bir daha dəqiqləşdirilmiş, nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün xüsusi təlimatlar, normativ sənədlər hazırlanmışdır. Fondun yaradılmasından az müddət sonra isə kütləvi informasiya vasitələrinə maliyyə yardımını nəzərdə tutan ilk layihələrin həyata keçirilməsinə başlanmışdır. Qeyd edim ki, fond yeni yaradılmış qurum kimi hansısa mövcud ənənəyə, praktiki iş təcrübəsinə istinad etmirdi və bütün işləri sıfırdan başlamaq tələb olunurdu. Buna baxmayaraq, biz Konsepsiya, eləcə də Nizamnamə ilə üzərimizə düşən vəzifələrin uğurla həyata keçirilməsini təmin etmək üçün tamamilə şəffaf və işlək mexanizmlər formalaşdıra bildik. Beynəlxalq təcrübə, daha dəqiqi, xarici ölkələrdə mətbuata dövlət dəstəyini həyata keçirən oxşar qurumların fəaliyyəti ilə yaxından tanış olmaq istiqamətində həyata keçirdiyimiz addımlar praktiki nəticələrini verdi. Fondun icraçı direktoru və Müşahidə Şurası üzvlərinin 2009-cu ildə Avstriyanın Vyana və İsveçin Stokholm şəhərlərinə işgüzar səfərləri beynəlxalq təcrübənin öyrənilməsi baxımından kifayət qədər əhəmiyyətli oldu. Səfər zamanı bəlli oldu ki, Vyanada mətbuata dövlət dəstəyini həyata keçirilən oxşar qurumun həmin dövr üçün illik büdcəsi 13,5 milyon, İsv

eçdə fəaliyyət göstərən qurumun illik büdcəsi isə 55 milyon avro təşkil edir. Ötən 3 ildə fond həm də ölkə jurnalistlərinin beynəlxalq təcrübə ilə yaxından tanış olması üçün müvafiq tədbirlər həyata keçirmişdir. 2010-cu ildə aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərindən ibarət 10 nəfərlik nümayəndə heyətinin qardaş Türkiyə Cümhuriyyətinə 1 həftəlik səfərinin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Həmin il jurnalistlərdən ibarət 15 nəfərlik nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində də işgüzar səfərdə olmuşdur. Ölkə jurnalistləri bu səfərlər müddətində həmin ölkələrin aparıcı qəzetlərinin, habelə televiziya və radiolarının redaksiyalarında olmuş, onların iş üslubu ilə yaxından tanışlıq imkanı qazanmış, təcrübə mübadiləsi etmişlər. Fond eyni zamanda ölkə jurnalistlərinin beynəlxalq əlaqələrinin genişlənməsinə, qarşılıqlı faydalı əməkdaşlığının dərinləşməsinə çalışmışdır. 2011-ci ilin oktyabr ayında fondun və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçırilmiş "Türkdilli ölkələrin və toplumların II Media Forumu" bu baxımdan mühüm əhəmiyyət kəsb edən tədbirlərdən olmuşdur. Forumda 60 nəfəri xarici qonaq olmaqla, 300 nəfərədək nümayəndə iştirak etmişdir. Müxtəlif ölkələri təmsil edən qonaqlar fondun fəaliyyətini, habelə ölkə rəhbərliyinin Azərbaycanda söz və mətbuat azadlığının möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi sistemli tədbirləri yüksək dəyərləndirmişlər.


- Kütləvi İn

formasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası ilə fondun qarşısında müəyyənləşdirilmiş mühüm vəzifələrdən biri də jurnalistlərin peşəkarlığının artırılması, redaksiyaların fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsidir. Bu istiqamətdə konkret olaraq hansı işlər görülmüşdür?

- Şübhəsiz, bu, ilk gündən fondun prioritet hesab etdiyi fəaliyyət istiqamətlərindəndir. Cəmiyyətin maraqlarını ifadə edən demokratik mətbuatın formalaşması üçün, ilk növbədə, peşəkar jurnalistlərin yetişdirilməsinə xüsusi diqqətlə yanaşmaq lazımdır. Eyni zamanda, mətbuatın müasir dövrün tələblərinə uyğun fəaliyyətində redaksiyalardakı mövcud vəziyyət mühüm rol oynayır. Ötən 3 ildə fond məhz bu reallıqdan çıxış edərək səmərəli layihələr həyata keçirmişdir. Metodiki və konsultativ xarakterli bəzi tədbirlər fondun maliyyə yardımı ilə layihə həyata keçirən KİV əməkdaşlarının təlimatlandırılmasına xidmət etmişdir.

Bu məqsədlə 2009-cu ildə xüsusi treninqlər təşkil olunmuş, layihə sənədlərinin və hesabatların hazırlanması, habelə layihələrin icrası ilə bağlı jurnalistlərə lazımi tövsiyələr verilmişdir. Bundan başqa, fond redaksiyalarda maliyyə-mühasibat uçotunun düzgün qurulması, KİV-lərin fəaliyyətinin iqtisadi səmərəliliyinin artırılması üçün baş redaktorlara, layihə koordinatorlarına və mühasiblərə lazımi köməklik göstərmişdir. Bunun nəticəsində fonddan maliyyə dəstəyi alan KİV-lərin əksəriyyətinin maliyyə-mühasibat uçotunun müvafiq qaydada qurulmasına nail olunmuşdur. Kütl

əvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə zəruri təşkilati-texniki dəstəyin göstərilməsi məsələsi də fondun xüsusi diqqət mərkəzində olmuşdur. Fondun maliyyə yardımı hesabına ötən illərdə ictimai rəyə təsir imkanı olan bir çox qəzetlər maddi-texniki bazalarını gücləndirmişlər. Eyni zamanda, peşə fəaliyyəti ilə bağlı zəruri texniki vasitələr və avadanlıqlar alınaraq jurnalistlərə paylanmış, bəzi qəzetlərin internet portallarının yenilənməsinə köməklik göstərilmişdir. Bir çox qəzetlər fondun maliyyə vəsaiti hesabına müasir kompyuter avadanlıqları almışlar. Fond köməyə daha çox ehtıyacı olan regional mətbuata da lazımi maddi-texniki dəstək vermişdir. Ötən müddətdə, ümumilikdə, fond 82 qəzetə texniki yardım göstərmişdir.


- Fondun maliyyə yardımı ilə KİV layihələri icra olunur, həmçinin fərdi jurnalist yazıları müsabiqələri keçirilir. Ötən müddət ərzində fondun bu istiqamətlər üzrə fəaliyyətini, həyata keçirilən layihələri qənaətbəxş hesab etmək olarmı?

- Fond konsepsiyada əksini tapmış 19 istiqamət üzrə layihələrin həyata keçirilməsi üçün ildə 2 dəfə müsabiqə elan edir. Bu müsabiqələrin şərtlərinə cavab verən qəzetlər həmin istiqamətlər üzrə 6 ay ərzində layihələr icra edirlər. Fond həmin layihələrin monitorinqini həyata keçirir və hər ayın sonunda qəzetlərə növbəti maliyyə vəsaiti ayırır. Fondun maliyyə dəstəyi ilə icra edilən layihə mövzuları cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Vətəndaş cəmiyyəti,


Fondun konsepsiyada əksini tapmış digər mühüm fəaliyyət istiqamətlərindən biri də jurnalistlərin fəaliyyətinin stimullaşdırılması, həmçinin jurnalistlərin sosial problemlərinin həllidir. Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etmək, jurnalistlərin peşəkarlığını artırmaq, onların sosial müdafiəsini gücləndirmək məqsədilə fond il ərzində 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının yaranmasının ildönümü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi təşkil edir. Son illərdə fondun təkbaşına və ayrı-ayrı dövlət qurumları ilə birgə k hüquqi dövlət quruculuğu, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin Azərbaycanın dünya ictimaiyyətinə çatdırılması, dünya birliyinə inteqrasiyası, xalqımızın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi və mühüm əhəmiyyət kəsb edən digər mövzular mətbuatda geniş işıqlandırılır, təhlil edilir.

eçirdiyi müsabiqələrdə 312 nəfər qalib olmuş, eyni zamanda 40 nəfərə həvəsləndirici mükafatlar verilmişdir. Bir faktı da qeyd etmək istərdim ki, ölkə jurnalistlərinin bu müsabiqələrə marağı ildən-ilə artır. Jurnalistlər rəqabət şəraitində müsabiqədə uğur qazanmaq üçün yazılar üzərində daha məsuliyyətlə işləyirlər. Deməli, fərdi jurnalist yazıları müsabiqələrinin keçirilməsi təkcə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından deyil, həm də onların peşəkarlığının artırılması üçün əhəmiyyətlidir. 


- Fond kütləvi informasiya vasitələri ilə dövlət və cəmiyyət arasında münasibətlərin inkişafı sahəsində hansı işlər görür?

- Kütləvi informasiya vasitələri ilə dövlət və cəmiyyət arasında münasibətlərin inkişaf etdirilməsi məsələsi fondun nizamnaməsində əksini tapmışdır. On

a görə də biz bu məsələni daimi diqqət mərkəzində saxlayaraq bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə mətbuat-cəmiyyət münasibətlərinin inkışafına xidmət edən tədbirlər keçirmişik. 2011-ci ildə fondun təşəbbüsü ilə Bakının Nərimanov, Yasamal, Səbail və Nizami rayonlarında konfranslar təşkil olunmuşdur. 


Yüksək fəallıq şəraitində keçən bu tədbirlərdə həmin rayonların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri və media rəhbərləri iştirak etmiş, qarşılıqlı faydalı müzakirələr aparılmışdır. Belə görüşlər dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı etimadın güclənməsinə, sivil əməkdaşlığın formalaşmasına şərait yaradır. Fond ictimai əhəmiyyətini və müsbət nəticələrini nəzərə alaraq belə tədbirlərin davam etdirilməsini 2012-ci il üzrə fəaliyyət planına daxil etmişdir. Hesab edirik ki, belə tədbirlərin keçirilməsi ölkənin aparıcı mətbuat orqanları ilə müxtəlif icra strukturları arasında normal münasibətlərin formalaşması baxımından vacibdir. 

- Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncamına uyğun olaraq, fond mətbuat işçiləri üçün binanın tikintisini həyata keçirir. Tikinti işlərinin gedişi haqqında da məlumat verməyinizi istərdik. 

- Azərbaycan Prezidenti cənab İlham Əliyev KİV-lərin inkişafına göstərdiyi hərtərəfli dəstəklə, həmçinin mətbuat işçilərinin sosial vəziyyətini

n yaxşılaşdırılmasına xidmət edən qərarlar qəbul etməklə jurnalistlərin yaxın dostu olduğunu əyani şəkildə təsdiqləmişdir. Qısaca desək, 2009-cu ildə fondun yaradılması, 2010-cu ildə Mətbuat Şurasının yeni ofisinin istıfadəyə verilməsi, milli mətbuatın 130 və 135 illik yubileyinin keçirilməsi, aparıcı qəzetlərə və informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının ayrılması, mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması Azərbaycan jurnalistikasına yüksək diqqət və qayğının bariz nümunələridir. Azərbaycan Prezidentinin 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncamı isə ölkə jurnalistlərinin hədsiz sevinc və razılığına səbəb olmüşdür. Həmin sərəncamla jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır. Heç şübhəsiz, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. Fond mətbuat işçiləri üçün yaşayış evlərinin inşası məqsədilə sənədləşdirmə işini yekunlaşdıraraq tikinti işlərinə başlamışdır. Hazırda 2 bloklu 146 mənzilli binanın 7-ci mərtəbəsi inşa olunur. Əminliklə demək olar ki, həmin binanın inşasını elan etdiyimiz vaxta - 2013-cü ilin sentyabrına qədər yekunlaşdırıb jurnalistlərimizin istifadəsinə verəcəyik. Bir faktı da qeyd edim ki, fonda dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə artması da həm fəaliyyətimizin miqyasını genişləndirir, həm də jurnalistikamızın inkişafına xidmət edir. Belə ki, 2009-cu ildə fonda 1,3 milyon, 2010-cu ildə 2 milyon, 2011-ci ildə 2,4 milyon, 2012-ci ildə isə 3,87 milyon manat vəsait ayrılmışdır. Ümidvarıq ki, ölkəmiz inkişaf etdikcə, onun iqtisadi və maliyyə imkanları genişləndikcə, KİV-lərin inkişafına dövlət dəstəyinin həcmi də artacaqdır. Bütün bunlar isə Azərbaycanda medianın müasir dövrün tələblərinə uyğun inkişafına yeni imkanlar açacaqdır.

Sizin Reklam Yeriniz