Əlaqə Arxiv
news Image
2014.06.02
18:16
| A A A
Azərbaycanda məhkum sənətkarın yaratdığı sənətkarlıq nümunələri-Reportaj-FOTOLAR

Məhbəs həyatı yaşamağın, dəmir barmaqlıqlar arasından azadlığa boylanmağın necə hüznlü olduğunu deyilənə görə, bu hissi yaşamayanların anlaması çətindir. Amma, insan istəsə məhbəsdə belə həyatını səmərəli keçirə bilər. Movqe.az-ın "Məhkum sənətkarlar" rubrikasında dəmir barmaqlıqlar arasında belə ömrünü hədər keçirməyən məhkumların sənətkarlıq nümunələrini təqdim edəcəyik. Movqe.az-ın "Məhkum sənətkarlar" rubrikasının bu dəfəki qonağı 12 il müddətinə azadlıqdan məhrum edilən İlham Niftəliyevdir. Cəlilabad rayonundan olan İlham Niftəliyevlə cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sexində elə iş başında görüşürük. Bu istehsala sexini bayırdakı sexlərdən fərqləndirən yeganə amil tikanlı məftillərlə hasarlanmış divarın içərisində olmasıdır. Amma görünür həbsxana həyatı belər bu sexdə çalışan məhkumların yaradıcılıq imkanlarını azadlıqları kimi məhdudlaşdıra bilməyib. 7 nəfərdən çox məhkumun çalışdığı bu sexdə ilk həmsöhbətimiz sexin baş ustası, İlham Niftəliyevdir. İlhamın taxta parçası üzərində yaratdığı sənət nümunəsinə tamaşa edə-edə onu söhbətə tuturuq.

-İlham öncə oxucularımıza özün haqda məlumat ver. Daha sonra sənin yaratdığın sənətkarlıq nümunələri haqqında danışaq.

- Mən Cəlilabad rayonundanam. 40 yaşım var.

-Səni dəmir barmaqlıqlar arasına salan hansı əməlin olub? 

-Narkotik alqı-satqısı.

-Buna görə neçə il həbs cəzası almısan?

-12 il.

-12 illik cəzanın nə qədərini artıq çəkmisən?

- 7 il 7 aydır ki, burdayam. Cəzaçəkmə müəssisəsində.

-8 ilə yaxın bir müddət az vaxt deyil. Bu qədər müddətdə özünü nə ilə ovundurdun?

-Görürsünüz  ki, işlə. 

- Bu həbsxanada 900-ə yaxın məhkum var eşitdiyimə görə. Bayaqdan onları müşahidə edirəm. Hərəsi bir yerə topalaşıb söhbət edirlər. Amma siz 7-8 nəfər iş başındasınız. Maraqlıdır, sizi işləməyə vadar edən əsas səbəb nədir?

-İş insanın cövhəridir deyirlər. Bizi burada işləməyə heç kəs məcbur etmir. Biz də başqaları kimi oturub günümüzü keçirə bilərik. Amma işlə başımızı qatırıq. Həm də...

-Həm də nə? Pul qazanırsınız?

-Deyim ki, burda bizə pul lazım da deyil.Amma mən burda qazandığım pulu ailəmə yollayıram.

- İlham evdə sənin yolunu gözləyən neçə övladın var?

-3 uşağım var. Burda qazandığım pulu qəpiyinədək onlara yollayıram.

-Sirr deyilsə burda nə qədər qazanırsan?

- Ayda 105 manat maaş alırıq. Gündılik 8 saat işləyirik.

-Bayaqdan sənin əl işinə baxıram. Nərd taxtanın üzərində sənət əsəri yaradırsan.  Maraqlıdır, sən azadlıqda da bu işlə məşğul olmusan?

-(Gülür) Yox, mən azadlıqda olanda sürücü işləmişəm. Amma əlimdə qabiliyyət var. Burda da öyrənmişəm. İndi sexdə nərd taxtası hazırlayırıq. 

-Gündə neçə nərd taxta hazırlayırsan?

-Günlə demək olmaz. Elə şəkil olur ki, onu nərd taxtanın üzərində oyub düzəltmək üçün günlər lazım olur. Arlamentləri işləmək çətindir.10 günə birini hazırlamaq olur.

-Sizi görəndən sonra bir daha fikirləşdim ki, doğurdan da işləmək həvəsi olan insanin bu istəyini demək həbsxana belə məhdudlaşdıra bilməzmiş. 

-Elədir. Axı mən ailə başçısıyam. Ailəmə heç olmasa çörək pulu göndərə bilirəmsə buna görə özümü xöşbəxt hiss edirəm. 

-Deməli atalıq borcunu ödəmək öhdəliyi məkan tanımır.

-Hə, atasansa borcunu ödəməlisən, övladlarına heç olmasa yavan da olsa çörək pulu qazana bilməlisən. Tale mənim yolumu   burdan saldı, övladlarıma istədiyim həyatı yaşada bilmədim. Heç olmasa az da olsa maddi dəstək olum.

-Məncə azadlıqda olub, işləməmək üçün min-bir bəhanə gətirən ailə başçılarına bu əməliniz bir nümunədir.

-Mənim fikrimcə, insan işləməkdən usanmamalıdır. İş insanın cövhəridir. Başımız işə qarışır günün necə gəlib getdiyini hiss eləmirik. Bizə mənəvi dəstəkdir işimiz.

-Allah qapınızı açsın.

-Minnətdaram. Qeyd edərsiniz ki, əməlimdən peşimanam. Ailəsi olan bir insan elə bir əməl törətməməlidir ki, sonu bura gəlib çıxsın. 

 

 






















































Sizin Reklam Yeriniz