Əlaqə Arxiv
news Image
2014.06.12
11:00
| A A A
Cəzaçəkmə müəssisəsindəki rəssam məhkum: "Həbsxananın portreti bir tabloya sığışmaz"
-Mən sizə müsahibə vermək istəmirəm. Şəklimi də çəkməyin.

-Niyə ki?

- Necə yəni niyə? Utanıram, iki diplomu olan, iki ali məktəbi bitirən bir insanın burda olması sizcə utancverici deyilmi?

-Haqlısız, amma həyatdır, heç kəs başına gələcək hadisələrdən sığortalanmayıb. Bəlkə danışasınız, mənə də maraqlı gəldi iki ali məktəb bitirən bir insan niyə həbsxanaya düşsün ki?

-Utanıram, əlimdə iki diplomum ola-ola, cəzaçəkmə müəssisəsinin istehsalat sexində işləyirəm.

-Məncə əsas odur ki, işləyirsiniz. Burda da boş dayanmırsan.

Onu müsahibə verməyə birtəhər ki, razı sala bildim. Bir qədər təkəbbürlü davranışı ilə digər iş yoldaşlarından seçilən, çəkdiyi rəsm əsərləri ilə neçə-neçə əşyanı sənət nümunəsinə çevirən Azər Həmzəyev Movqe.az-ın bu dəfəki "Məhkum sənətkarlar" rubrikasının qonağıdır. 

10 saylı cəzaçəkmə müəssisəsində 6 ildir ki, cəza çəkən A. Həmzəyev müəssisənin istehsalat sexinin rəssamıdır.

Azər Həmzəyevlə söhbətə də elə çəkdiyi rəsm əsərləri ilə başlayırıq.

-Gözəl əl işiniz var. Bu rəsmləri özünüz çəkirsiniz?

-Hə mən arxitekturam. İxtisasım üzrə iki ali məktəb bitirmişəm. 

-Çəkdiyiniz şəkillərdə elə bil bir sonsuzluq var...

-Mən əsasən nərd taxtanın üzərində oyma işləri üçün rəsm çəkirəm. Bu müxtəlif ornamentlər də ola bilir, müxtəlif şəkillər də. 

-Amma  fotoların çoxu mücərrəddir.

-(Gülür)Elə həyatım da mücərrəddir.

-Doöurdan necə oldu bura düşdünüz?

-Mənimsəmə hadisəsi ilə bağlı. Əslində heç kəsin pulunu mənimsəməmişdim. Mən tikinti şirkətlərindən birində işləyirdim. Oldu də işdir.

-Burada sizin üçün yəqin çox çətin olar. 

-Burada da öz istəyimlə işləyirəm. Əslində başım da qatışır.

-Aldığınız məcavibi yəqin ailənizə göndərirsiniz.

-Hə,ailəm, üçün, balam üçün göndərirəm. Ayda 100 manat maaş alıram. Heç olmasa bu da köməkdir.

-Neçə övladınız var?

-1 qızım var 8 yaşında.

-Allah saxlasın. Yəqin ki, elə ən çox da onun üçün darıxırsınız.

-Əlbəttə.

-Gözəl rəssamlıq qabiliyyətiniz var. Qızınızın şəklini çəkməmisiniz?

-Yox, inşallah çıxandan sonra çəkərəm.

-Çəkdiyiniz rəsmlər öz təxəyülünüzün məhsuludur?

-Çoxu hə. Amma elə ornamentlər var ki, onlar nərd taxtaların üzərində maraqlı göünür deyə işləyirəm. 

-Həbsxananın portretini çəkə bilərsinizmi?

-Həbsxananın portreti bir tabloya sığışmaz.

   














































































































Sizin Reklam Yeriniz