news Image
2014.06.19
14:44
| A A A
"Saxta sevgi yaşayıb üzülməkdənsə, ən yaxşısı..." - FOTOSESSİYA

"Yeni ulduz" yarışmasından uğur qazanıb sevilən, daha sonra 2011-ci ildə "Evrovision" yarışmasının milli seçim turunda ən yaxşı iştirakçıların onluğuna kimi gəlib çıxan, bir çox sevilən mahnıların müəllifi və ifaçısı olan müğənni Çingiz Mustafayevin Mövqe.az saytına verdiyi müsahibəsini təqdim edirik:


-Müsahibəyə velisopedlə gəldiniz. Deyəsən bəzi müğənnilər kimi dəbdəbəyə meyilli deyilsiniz?

-Hə, düzdü dəbdəbədən uzağam. Ona görə də həyatda çox çətinliklər çəkirəm. İnsanların çoxu mənim kimi düşünmür. Bir-birlərinə avtomobili, evi ilə acıq verirlər. Kimsə bahalı avtomobil alanda elə bilir özü də dəyərlidir və ya iki mərtəbəli ev alanda düşünür ki, insanlara yuxarıdan aşağı baxmaq olar. Mənim isə bunlar qəti vecimə deyil.

-Sizə necə rahatdısa elə yaşayırsınız. Yəni insanların fikri sizin üçün önəmli deyil ?

-Mənə necə rahatdısa elə yaşayıram. Mən kimlər üçünsə yaşamıram. Heç kimin də fikri mənim üçün öz fikrimdən daha önəmli deyil. Mənim həyatım velisopeddir, müxtəlif ölkələri gəzib-dolanmaqdır. 

-Avtomobiliniz var ?

-Əlbəttə var. Sadəcə bura avtomobillə gəlsəydim ən azı 40 dəqiqə itirəcəkdim. Amma velisopedlə mən bura 10 dəqiqəyə çatdım. Ekologiyanı pozmadım. İdman etmiş oldum. Həm bu cansağlıqdır. 

-Avropaya getmyə hazırlaşırsınız ?

-Konsertlə bağlı Slovenyaya gedəcəyəm. Daha sonra orada bir velisoped arendaya götürüb, şəhərləri gəzəcəyəm. Bəlkə sonra İtaliyaya getdim. Dəqiq deyil.

-Müxtəlif janrlarda ifa etmisiniz, hansı daha çox sizə yaxındı ?

-İspan musiqisi. Flaminqo musiqisi daha yaxındı. Amma bu o demək deyil ki, mən ancaq bu janrda ifa edirəm. Cazı sevirəm, roku sevirəm. 

-Amma deyəsən estrada musiqisini dinləməyi sevmirsiniz ?

-Aha, sevmirəm. Popdan başqa bütün musiqiləri dinləyirəm.

-Bəs estrada musiqisinə niyə qulaq asmırsınız?

-Mənə çox bəsit gəlir. Mən də bəsit şeyləri sevmirəm.

-Bəs muğam ifa etmək istəyi olubmu ?

-Olub. Muğamın qollarını bilirəm. Bu da mənə bəs edir. Çünki mən xanəndə deyiləm. Bildiklərim mənə bəs edir, hələlik.

-Haqqınızda tez-tez dava xəbərləri yayılır. Deyəsən davakarsınız?

-Yox, o gün bulvarda dostlarımla gəzirdik. Gördük ki, bir əcnəbini bizimkilər "kruqa" alıb, söyürlər. O yazıq da polis-polis çağırır, kömək istəyir. Mən düz keçə bilmədim. Saxladım içimdəkiləri dedim. Onlar əgər cavab qaytarsaydılar dava olacaqdı.

-Tanıdılar sizi ?

-Yox. Həm gecə idi, həm də ki, mən çox vaxt bu görkəmdə oluram və əksəriyyət tanımır. Həm də yəqin məni elə əsəbi halda heç kim görməmişdi.

-Bundan qabaq da bir xanıma görə dalaşmısınız ?

-Aha dava olmuşdu. Amma qız söhbəti yox idi. Bəzən haqsızlıqla, insanı tapdalayan insanlarla razılaşa bilmirəm. Baxmayaraq ki, mən təbiətcən çox sakit, həyata bağlı, insanları sevən bir insanam. Amma bəzən elə insanlar olur ki, onlar adam dili başa düşmürlər. Dəliqanlıyam. 

-Yaxşı belə deyək , dava Çingizi tapır, ya əksinə ?

-(gülür-red) Dava məni tapır. Mənim heç kimlə işim olmur. Niyə mən dalaşmalıyam ki...

-"Palmas" qrupunuz var idi. Amma deyəsən indi fəaliyyət göstərmirlər?

-Fikirlərim tez-tez dəyişir. Bir gün kamera ilə maraqlanıram, növbəti gün rəssamlıqla məşğul oluram və ya idmanla məşğul oluram, veliopedlə rayonlara gedirik və s. İşlərim çox və dəyişkən olur. Ona görə işlərim bəzən axsayır.

-Emin Ağalarov Azərbaycanda bəyəndiyi müğənnilər sırasında birinci Çingiz demişdi. Şəxsi münasibətiniz varmı?

-Ünsiyyətimiz var. O ərəfədə mən Moskvaya getdim. Emin Ağalarov məni qonaq çağırmışdı.Sonra studiyada olduq, zapis elətdirdik. Daha sonra konsertlərdə birgə iştirak etdik. Həmkarıq. Bir-birinə hörmətimiz var.

-Duet ola bilərmi?

-Hələ ki, yox, gələcəkdə ola bilər. 

-Bu il Evrovision yarışında Dilarə Kazımova 22-ci yerə laiq görüldü. Bu barədə nə deyə bilərsiniz?

-Dilarə Kazımova və mən ən yüksək dövlət tədbirlərində çıxış etmişik. Yanımızda 3-cü müğənni olmayıb. Dilarə 22-ci yerə çıxmamalı idi. Bizdə olub elə müğənnilər ki, gediblər "Evrovision"a amma 22-ci yerə laiq olduqları halda, yüksək yer tutublar. Dilarə elə1-ci yerə laiq ifa idi. Hamı bilir ki, bu siyasətdi. Birinci yerə Konçita çıxdı. Deyəsən rəhmətə gedəni var idi. Ona görə saqqallı idi. (gülür-red) Düzü bu ilki Evrovisionu izləmədim.

-Siz özünüz onluğa kimi gəlib, çıxmışdınız. Yenidən Evrovisionda iştirak etmək istəyiniz varmı ?

-Siyasət olduğu üçün bu müsabiqədən bir az soyudum. Amma bəlkə də getdim. Qismət...

-Keçək şəxsi həyata. Çingizin bu gün həyatında sevdiyi biri varmı?

-Yox. Sakitçilikdi. Hələki belə istəyirəm. 

- Həyatınızda sevgi yoxdu deyirsiniz ?

-Vaxtı gələndə o da olacaq.

-Bəs vaxt nə vaxt gələcək?

-Gec olsun, güc olsun deyirlər. Saxta sevgi yaşayıb üzülməkdənsə, ən yaxşısı gec yaşayıb, güc yaşamaqdır.

-Əsl sevgi bu yaşa kimi yaşamamısınız?

-Bilirsiniz sevgi elə şeydi ki, insan birini sevir, ayrılır. Daha sonra isə yenə birini sevir. Əvvəlki sevgisi ona boş gəlir. Elə bilir ki, daha bundan o tərəfi yoxdu. Sevgi hər dəfə insanı təəccübləndirir. Bəlkə sevmişəm, bəlkə də yox... 











Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs