Əlaqə Arxiv
news Image
2014.09.03
16:04
| A A A
İradə: "Ceyhun 21 yaşımdan bu günə kimi yanımdadır" - müsahibə

Ailə qurduqdan sonra sənətdən uzaqlaşan müğənni İradə İbrahimova Axşam.az saytına müsahibə verib. 


- İradə İbrahimova bu gün ev xanımı, iş qadını, yoxsa müğənnidir? 


- Bu gün mən ev xanımıyam. Digər sahələrdə də varam. Ən böyük üstünlük evdarlıqdır. Bununla da qürur duyuram. 


- Yeni ifanızı sevənləriniz nə vaxt eşidəcək? 


- Çox yaxında yeni ifalarım olacaq. 


- Olduqca diqqəti cəlb edən xanımsınız. Buna necə nail olursunuz? 


- Diqqət çəkmək üçün İradə İbrahimova adının səslənməsi kifayət edir. Baxıma qaldıqda isə... Təcrübəm var, çox vaxt makiyajımı özüm edirəm. Mükəmməl də alınır. Saçlarımı isə bacıma həvalə edirəm. Azərbaycana gələndə rənglədirəm. Türkiyədə də tanıdığım salonlar var ki, hərdən ora gedirəm. 


- Qızınızın tərbiyəsi ilə necə məşğul olursunuz? Ona ən böyük qadağanız nədir? Ən çox nə üstündə mübahisəniz düşür? 


- Qızımın tərbiyəsi ilə həm özüm, həm də məktəbdəki psixoloqlardan kömək alıram. Ona "qadağa qoymaq" kəliməsini heç vaxt demirəm. Əsasən etməməli olduğu şeyləri başa salıram. Onların pis tərəflərini açıqlamağa çalışıram. Onun üçün dediklərim məntiqli gəlir və etməməyə çalışır. Sağlam qidalanması və oyuncaqlarını digərləri ilə paylaşması üstündə mübahisəmiz düşür. 


- Efir üçün darıxmırsınız? 


- Yox. Daha çox mahnı oxumaq üçün darıxıram.


- Şou-biznesi kənardan müşahidə edən bir ifaçı kimi nələri irad tutur, nələri bəyənirsiniz? 


- Hər kəs öz fikrində, düşüncəsində sərbəstdir. Ona görə də, heç kimə irad bildirmirəm. Evdə bəzən övladına irad tutmursan. Bu səbəbdən, heç kimdə mənfilik axtarmaq lazım deyil. 


- Ailə və karyera... Bu iki anlayışı eyni anda ideal formada idarə etmək mümkündür? Yoxsa, ikisindən biri mütləq kölgədə qalır? 


- Əgər mümkün olsaydı, ikisini də davam etdirərdim. Bəzən isə deyirəm ki, mümkünsüz heç nə yoxdur. Hər şey istəyə, arzuya bağlıdır. Mən bir az mükəmməllik axtarıram. Ona görə də, ikisini bir arada idarə edə bilmirəm. 


- Ailəni karyeraya qurban verənlərə və ya əksini edənlərə nə məsləhətiniz var? 


- İnsanlarda sevgisizlik var. Karyeranı yox, amma ailəni qurban verənlərə irad tutardım. Ağıllı olun, bu, yanlış seçimdir. Ailə hər zaman lazımdır, əzizdir. 


- Həyat yoldaşınızdan bu günə kimi nəyi gizlətmisiniz? 


- Ceyhun 21 yaşımdan bu günə kimi yanımdadır. Ondan nəsə gizlətməyə heç vaxt fürsətim olmayıb. Bütün sirrimi bilir.

Sizin Reklam Yeriniz