news Image
2014.10.21
12:35
| A A A
Nabranda əyləncə mərkəzi olan əməkdar artist: “Artıq mən kimin üçünsə işləmirəm, kimlərsə mənim üçün işləyir”

Əməkdar artist Bəsti Bəkirova Mövqe.az saytına müsahibə verib. Çoxdandı səs-sorağı gəlməyən müğənni bu müddət ərzində sahibkar xanıma çevrilib.  Bu barədə ilk dəfə Mövqe.az-a danışan B. Bəkirova xalq artisti Səməd Səmədovla da ayrılıq səbəbinə aydınlıq gətirib :

Nə vaxtdan şou-biznesdəsiniz?

Mən başlayanda biz də şou-biznes deyimi yox idi. Mən mədəniyyət işçisiyəm. Əgər mən dövlət tədbirlərində, xalq yığıncaqlarında, toylarda oxuyurdumsa bu elə şou-biznes demək idi də... Sadəcə indi adı daha qalmaqallı səslənir. Əvvəla mən o şou-biznesdə olanda, bunlar harda idi? İkincisi də, insan gənc olanda hər şeyə həvəsli olur. Artıq yaş  üstünə yaş gəldikcə sanki adam həvəsdən düşür, tənbəlləşir.

Yəni, etiraf edirsiniz ki, artıq yaşa dolmusunuz? Əksər müğənnilərimiz 50 yaşı olsa da özünü 18 yaşlı qız hesab edirlər.

Yox-yox... Alıram boynuma. Mən orta yaşdayam. İndiki insanlar nə qədər yaşayır ki? Mənim o qədər problemim var ki...

Nə probleminiz var ki, ay Bəsti xanım?

Birincisi mən iş adamıyam. Nabranda böyük bir otel tikmişəm.  2 oğlum var. Artıq böyüyüblər. Heç onları evləndirməmişəm. Biri əsgər gedib, qayıdıb, digəri isə universiteti bitirib. Amma mən yoruluram.

Niyə bu gün  gündəmdə deyilsiniz ?

Çünki mən hər məclisə, hər tədbirə və hər verlişə getmirəm. Təvazökarlıqdan kənar olsa da bunu deyim, Əfruzə. Birincisi mən gənc deyiləm ki, hər verlişə qaça-qaça gedim. Mən gənc deyiləm, mən cavanam! Artıq yaş 25-i ötəndə, insan özü-özünə deyir ki, bir balaca "pauza"edim.

Nədir yoran sizi?

Baxın adi 10 dəqiqəlik müsahibə üçün nə qədər vaxt sərf edilir. Bir dueti ifa etmək üçün 3 variantdaifa edirəm. İndikilərin heç ona səbri çatmaz.

Fobiyanız var?

Avtomobilim yoxdur. Çünki avtomobil idarə etməkdən çox qorxuram. Və heç sevmirəm.

Səməd Səmədovla müxtəlif duetlər ifa etdiniz. Amma iş birliyiniz artıq bitib. Sizdə digər duet ortaqları kimi dava ilə ayrıldınız yoxsa sülhlə?

Yox, nə danışırsınız, nə dava ? Mən heç dava edən xanıma oxşuyuranmı? Həyatı boyu dava etmərəm. Aramızda soyuqluq oldu. Amma biz görüşəndə indi də, S. Səmədov bir bacı kimi məni bağrına basır, üzümdən öpür. Bu yetməzmi?!

Etiraf edə bilərsinizmi S. Səmədovla ayrılığınıza səbəb pul söhbəti olub. O sizə haqqınız olan məbləği verməyib. Doğrudurmu?

Bəli, bilmirəm bu məlumat sizdə hardandı. Amma elə şey olub. İnsan gərək düzünü desin. Biz axırıncı dəfə Gəncə şəhərində toyda olduq və onun mənə verdiyi məbləğ məni qane etmədi. Mən ona açıq şəkildə dedim ki, biz belə danışmamışdıq.

Çox gözəl səmimi etiraf etdiniz. Sirr deyilsə həmin məbləğ nə qədər idi?

Mənim haqqım 1000 dollar idi. Amma o mənə 500 dollar verdi. O, mənim 50% pulumu kəsdi. Amma nə olursa yaxşılığa doğru olur. Bir var ki, kimsə mənə pul verir, bir də var ki, mən kiməsə pul verirəm. Artıq mən kimin üçünsə işləmirəm, kimlərsə mənim üçün işləyir. Bunlar tamam fərqli məqamlardı. Qoy indi 5 dənə toyum olsun, eybi yox. Amma bilim ki, qazancım nədi, nə deyil...

Əvvəl çoxmu olurdu toylar?

İnanırsınız, hər gün toyda olurdum. Bir gün evdə, boş olanda sevinirdim ki, ay nə yaxşı dincələcəm, heç olmasa. Mən yoruldum. Fasiləsiz toylardan, makiyajlardan, saçım belə sanki dilə gəlmişdi. İnsan hər gün nə qədər bu saçı fenləyər, qurudar, yığar?! İnsan daşdan deyil ki, bezir adam...

Artıq sahibkar bir xanımsınız. Bu zirvəyə necə çatdınız?

Mən həyat yoldaşımla 1987-ci ildən birlikdə yaşayırıq. Qurban olum Allaha məncə bu ölənə qədər də belə davam edər. Bizdə başqa cür ola da bilməz. Allah istəsə bizi ayırar, bəndə bunu bacarmaz. Ailəm ölənə kimidir. Sahibkarlıq mənim yoldaşımla birgə fəaliyyətimizin nəticəsidir. Tək mən heç vaxt bacarmazdım. Biz birlikdə Nabrandakı həmin istirahət mərkəzini tikmişik. Quru torpaq alıb, tikmişik. Yəni, təməlini dırnağımızla, birlikdə çalışaraq qoymuşuq. Şükür Allaha bu gün həmin yer səhər də, axşam da , mövsümdən asılı olmayaraq mütamadi işləyir.

Yenə toylara gedirsiniz?

Bəli, mən toylara həmişə getmişəm. Amma hər gün getmirəm.

Ayda neçə toyunuz olur və toylara nə qədərə gedirsiniz ?

Mən o qədər hədiyyə toylar oxuyuram ki... Konkret deyim ki, bu qiymətə oxuyuram, o düz olmaz. Bir dəfə oğlum məni üç toya apardı. Hərəsində yarım saat ifa etdim. Oğlum soruşdu avtomobilə minib evə qayıdanda ki, nə qədər qazandın. Dedim heç nə qədər. Hədiyyə oxudum 5 toyu da... Dost-tanışdan insan pul istəyə bilmir axı. Elə toy olub beş minə getmişəm, elə toy da olub ki, minə getmişəm.

Ən bahalı toyunuz 5 minlik olub?

Yox, 30 minlik. Amma həmin toy Azərbaycanda olmayıb. Özbəkistanda, Dağıstanda da toylara gedirəm.

Bəsti xanım unudulmaqdan qorxmur?

Yox, qismət...Artıq özümə söz vermişəm ki, fasilə olmasın, efirlərdə sevənlərim məni daha tez-tez görəcəklər. Yeni mahnılar yazdıracam. Hər şey yaxşı olacaq, inşallah.




 

 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs