news Image
2016.05.17
15:18
| A A A
Səfir: " Status-kvo dəyişməli, Ermənistan silahlı qüvvələri işğal etdiyi tarixi Azərbaycan torpaqlarını işğaldan azad etməlidir"

Movqe.az Fransadkı səfirimiz ElçinƏmirbəyovun " Frans-24 " kanalına müsahibəsini təqdim edir:


Müxbir : Qonağımız Azərbaycanın Fransadkı səfiri Elçin Əmirbəyovdur. " Frans-24 " kanalının dəvətini qəbul edib gəldiyiniz üçün çox sağ olun. Erməniləri dinlədik. Bəs, cəbhə xəttinin Azərbaycan tərəfində əhvali-ruhiyyə necədir ?


Səfir : Dəvətinizə görə sizə minnətdarlığımı bildirirəm. Mən sözümə onunla başlamaq istəyirəm ki, bütün tarixi həqiqətlərin ziddinə gedərək özünü başladığı bir münaqişənin qurbanı kimi təqdim etməyə çalışan Ermənistan işğal etdiyi Azərbaycan torpaqları olan Qarabağı və onun ətrafındakı rayonları müəyyən bir sonuc olmadan işğalda saxlaya bilməyəcəyini anlayır. Bu, çox vacibdir. Sizin sualınıza cavab verməzdən öncə mən demək istərdim ki, münaqişə bölgəisndəki hazırkı status-kvo ondan ibarətdir ki, tarixən Azərbaycanına məxsus olmuş torpaqlar– Dağlıq Qarabağ bə onun ətrafındakı rayonlar Ermənistan silahı qüvvələri tərəfindən işğal edilmişdir. Odur ki, bu status-kvo dəfələrlə ATƏT-in Minsk Qrupunun hər üç həmsədr ölkələrinin–Fransanın, Rusiyanın, ABŞ-ın dövlət başçıları ərəfindən qəbl edilməz hesab edilmişdir. Bu gün, əlbəttə, cəbhədə vəziyyət çox çətindir. Aprelin 5-də Azərbaycan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Moskvada rus həmkarının iştirakı ilə əldə etmiş olduğu atəşkəsi Ermənistan hər gün fasiləsiz olaraq pozaraq Azərbaycan ərazilərinə - özü də azərbaycanlı mülki əhalinin yaşadığı yaşayış məntəqələrinə atəş açmaqda davam edir. Bizim üçün çox vacidir ki, bu axşam Vyanada Azərbaycan, Ermənistan dövlət başılarının və həmçinin Fransanın, ABŞ-ın və Rusiyanın xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək bu danışıqlar Ermənistanın üzərinə atəşkəsə əməl etmək və eləcə də BMT-nin Təhlükəsizlik Şurasının bu işğalı pisləyən 4 qətnaməsinin tələblərini yerinə yetirmək tələbi qoyur.


Müxbir : Biz bir neçə saatdan sonra baş tutacaq bu vacib görüşün üzərinə qayıdacağıq. Sizin ölkə Türkiyə və Gürcüstan ilə birgə hərbi münevrlər keçirəcəyi barədə anonslar verməyə başlayır. Burada Ermənistanla münasibətləri daha da gərginləşdirmək, hətta bu bazar ertəsi Avstriyada baş tutması gözlənilən danışıqları öldürmək riski ola bilərmi ?


Səfir : Öncə, onu qeyd etmək istəyirəm ki, bu manevrlərin keçirilməsi müzakirə olunmuş bir ideyadır və bunun dəqiq tarixi yoxdur. Amma mən sizə bir şeyi xatırlatmaq istəyirəm ki, 2014-cü ilin oktyabrında - cənab Prezident Holland Azərbaycan və Ermənistan prezidentlərinə Parisdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmaq üçün zirvə görüşü keçirilməsi ilə bağlı çağırış edəndən iki həftə sonra Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarında hərbi təlimlər keçirdi və bu da sülh prosesinə vurulmuş bir sillə oldu. Odur ki, Azərbaycan həmin səhvi təkrar etməyəcəkdir.


Müxbir : Deməli, bu manevrlərin keçirilməsi qüvvədə qalır, sadəcə, mən doğru anladımsa, dəqiq tarixi məlum deyil.


Səfir : Sizin toxunduğunuz məsələ yalnız üç tərəfli hərbi əməkdaşlın bir elementidir. Bunun müzakirə edilən məsələilə heç bir əlaqəsi yoxdur.


Müxbir :Yaxşı, gəlin sizin ölkənin Prezidentinin Ermənistanın Prezidenti ilə Dağlıq Qarabağın statusunun müzakirəsinə həsr olunacaq görüşünə qayıdaq. Bu görüş, qeydedildiyi kimi, bu bazar ertəsi ATƏT-in – Rusiyanın, Fransanın və ABŞ-ın çətirialtında keçiriləcəkdir. Konkret olaraq bu görüşdən nə gözləyirsiniz ?


Səfir : Ermənistan ilə Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların bərpasını ciddi şəkildə müzakirə edə bilmək üçün biz Vyanada keçiriləcək zirvə görüşünün keçirilməsini qəbul etmişik. Çünki siz gözəl bilirsiniz ki, bu sonuncu hərbi provokasya üzündən – aprelin 2-də atəşkəs pozulduğuna görə sülh danışıqları dalana dirənmişdir. Cənab Prezident Əliyev üç həmsədr ölkənin köməyi və iştirakı ilə sülh danışıqlarının yenidən bərpa olunması üçün Vyana görüşündə iştirak edəcək. Bizim üçün status-kvo qəbuledilməzdir. Bu status-kvo dəyişməlidir. Bunun isə ən yaxşı yolu kimi Ermənistan silahlı qüvvələri işğal etdiyi tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə başlamalıdır.


Müxbir : Deməli, siz danışıqlara ilkin şərtlər qoyursunuz.


Səfir : Xeyr, bu, danışıqlara qoyulan ilkin şərt deyil. Əslində Vyana görşünün baş tutması üçün Ermənistan bəzi şərtlər irəli sürmüşdü. Bizim üçün heç bir ilkin şərt yoxdur. Bizim üçün önəmli olan odur ki, danışıqlar müzakirələr olaraq qalmasın. Biz həqiqi müzakirələrin keçirilməsini istəyirik. Bunu təmin etmək üçün isə əsas məsələlər müzakirə edilməlidir. Dalan vəziyyətindən çıxmaq üçün əsas məsələ kimi ilk növbədə işğal olunmuş Dağlıq Qarabağ və onun ətraf rayonlarından Ermənistanın silahlı qüvvələrinin çıxarılması müzakirə olunmalıdır.


Müxbir : Cənab Elşin Əmirbəyov, " Frans-24 " telekanalının studiyasına gəldiyinizə görə sizə minnətdarlıq edirəm.


Səfir : Dəvətə görə mən də sizə minnətdarlıq edirəm.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs