Əlaqə Arxiv
news Image
2016.06.07
13:10
| A A A
“Cənab Prezidentin tövsiyələrinin mühüm strateji əhəmiyyəti var və buna əməl olunmalıdır”

"Qərib ölkədə yaşamağımıza baxmayaraq, vətənimizin qayğısına qalmalıyıq"

 

Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri Vaqif Məmişov Diaspor Jurnalistləri Birliyinə müsahibə verib. 

Movqe.az həmin müsahibəni diqqətinizə çatdırır:



-Rusiyadakı azərbaycanlılar Vətənə nə dərəcədə bağlıdırlar?



-Mən ilk növbədə ümummilli lider Heydər Əliyevə minnətdaram. Ümummilli lider Heydər Əliyev 2001-ci ildə Moskvaya səfəri zamanı Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə birlikdə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) açılışını etdi. O zaman Azərbaycanın Rusiyadakı əksər diaspor nümayəndələri bir yerə yığıldı və ÜAK-ın açılışı təntənəli şəkildə həyata keçdi. Ulu öndər bu sahəyə xüsusi önəm verirdi və bu səbəbdən də önəmli addımlar atdı. O, bizə həmişə tövsiyə edirdi ki, tarixi vətənimizə bağlı olaq, Azərbaycana tez-tez gəlib gedək, ana yurdumuzu unutmayaq. Təbii ki, biz qərib ölkədə yaşamağımıza baxmayaraq, vətənimizin, xalqımızın qayğısına qalmalıyıq.



-Rusiya-Azərbaycan münasibətlərini necə dəyərləndirirsiniz və diaspor əlaqələrin inkişafına töhfə verə bilərmi?



-Bu gün Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur və bu, daha da yüksələn xətt üzrə inkişaf edir. Bununla yanaşı, Rusiya və Azərbaycan Prezidentlərinin arasında da səmimi dostluq münasibətləri var. Bəziləri bunun əhəmiyyətini o qədər də anlamır. Amma bu çox önəmlidir. Prezident İlham Əliyev hər dəfə Rusiyaya səfər edərkən Vladimir Putinlə görüşməsi bizim üçün çox müsbət vəziyyət yaradır. Bu bizə əlavə stimul verir. Biz daha da ruhlanırıq və iki dövlət arasında olan münasibətlərin inkişafı üçün səylərimizi artırırıq.



-Dünya Azərbaycanlılarının IV Qurultayının önəmini nədə görürsünüz? Sizcə Qurultay mövcud problemlərin aradan qaldırılmasına töhfə verəcəkmi?



-Bu tədbir çox önəmlidir. Xaricdə yaşayan azərbaycanlıların bir yerə yığılması adi iş deyil. Burada yığışmaq, görülən işlərlə bağlı hesabat xarakterli məruzələr etmək, eyni zamanda problemlərin aradan qaldırılması yollarını müzakirə etmək, diaspor sahəsində olan boşluqların aradan qaldırılmasını araşdırmaq zəruri məsələdir. Bundan əlavə, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, o cümlədən biz, bir-birimizlə tanış olur, əlaqələr yaradırıq. Burada yaranan əlaqələr bəzən önəmli tədbirlərə imza atılmasına vasitə olur.

Bizdən sonra gənclər gəlir. Gənclərə öz tövsiyələrimizi, məsləhətlərimizi verməliyik. Cənab Prezident də Qurultayın açılış mərasimində vurğuladı ki, erməni diasporu əksər ölkələrdə güclüdür. Onlar çalışırlar ki, bir olsunlar, hər yerdə bir-birlərinə dəstək versinlər. Biz də çalışmalıyıq ki, onlardan daha güclü olaq, birliyimiz daha möhkəm olsun.



- Qurultayın açılış mərasimində Prezident bildirdi ki, diasporla səfirlik arasında sıx əlaqə olmalıdır. Hazırda əlaqələri qaneedici hesab etmək olarmı? Məsələn, Rusiyada bu məsələ ilə bağlı vəziyyət necədir?



-Xaricdə yaşayan azərbaycanlıların əksəriyyəti həm də həmin ölkələrin vətəndaşlarıdırlar. Təbii ki, xaricdə yaşayan azərbaycanlılarla, Azərbaycan diasporu ilə səfirliyin əlaqələri sıx olmalıdır. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə sıx əlaqələrimiz var. Amma bəzən elə diplomatlar olur ki, onların fəaliyyəti əks effekt verir. Elələrinin fəaliyyəti birliyimzə töhvə vemrir, əksinə maneçilik yaradır, parçalanmaya xidmət edir. Elə insanların olmasındansa olmamağı yaxşıdır.



-Prezidentin daha bir tövsiyəsi də xaricdə yaşayan iş adamları ilə bağlı idi. Bildirdi ki, onların Azərbaycana yatırım etməsi daha yaxşı olar. Eyni zamanda siz də iş adamısınız. Bu barədə nə düşünürsünüz?



-Cənab Prezidentin tövsiyələrinin mühüm strateji əhəmiyyəti var və buna əməl olunmalıdır. Prezident Azərbaycan dövlətinin xaricdə yaşayan azərbaycanlıların arxasında olduğunu, bizi unutmadığını, Azərbaycanın hər birimizin vətəni olduğunu qeyd etdi.

Əlbəttə, bu gün çox sevinirik ki, ölkəmiz inkişaf edir. İqtisadi potensial sürətlə artır. Əlbəttə, biz də istəyərik ki, öz vətənimizdə də nə isə edək, hansısa biznes quraq. Bu gün iş adamlarının burada biznes qurması üçün hər cür imkanlar yaradılıb. Bəzi çətinliklər aradan qaldırılıb. Təbii ki, düzgün işləməklə, qanuna riayət etməklə normal qaydada fəaliyyət göstərə bilərsən. Bir daha deyirəm ki, çalışacağıq ki, burada nə isə edək. Onu da nəzərinizə çadırım ki, cənab Prezidentin Qurultayda çıxışı, məsləhətləri mənə çox xoş təsir bağışladı. Biz, çalışacağıq ki, onun tövsiyələrinə, məsləhətlərinə riayət edək. Ümummilli lider Heydər Əliyev də həmişə deyirdi ki, harada yaşamağınızdan asılı olmayaraq siz azərbaycanlısınız: "Elə edin ki yaşadığınız ölkənin xalqına hörmətiniz olsun, onların qayda-qanunlarına riayət edin, öz ana dilinizi, vətəninizi, adət-ənənizi, dininizi yadınızdan çıxarmayın. Özünüzdən sonrakı nəsillərə də bunu aşılayın..."(Azadinform)

Sizin Reklam Yeriniz