Əlaqə Arxiv
news Image
2016.06.24
15:09
| A A A
Ərdoğanın baş müşaviri: “Qarabağdan vaz kecəcək deyilik” – Müsahibə

Movqe.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçunun gün.az-a müsahibə verib:

-Dağlıq Qarabağ münaqişəsiilə bağlı son prosesləri, dövlət başçılarının görüşünü necə dəyərləndirirsiz?


- DağlıqQarabağ münaqişəsi mədəni dünyanın üz qarasıdı. Sivil dünyanın gözünün içinə baxa-baxa Xocalı qırğını baş verdi, soyqırımı ölçüsündə vəhşilik törədildi. Biz Türkiyədə vətəndaş cəmiyyətləri vasitəsilə hər il 26 fevralda Xocalı qətliamının ildönümünə həsr edilmiş tədbirlər düzənləyir, mədəni dünyanın diqqətini çəkməyə cəhd edirik.


Lakin bu gün görürük ki, dünyanın güçlü dövlətləri vicdanını itiriblər. Hər şeyə siyasət çərçivəsində baxırlar. Nə yazıq ki, ədalət, insaf və vicdan zəiflər üçün deyil. Bu səbəbdən dünyada əzilməmək üçün güçlü və birlik içində olmalıyıq.


Qarabağ mövzusunda Türkiyənin münasibəti aydındır və məsələyə Azərbaycan ilə eyni nöqtədən baxmaqdadır. Ermənistanın işğalçı rəftarını şiddətlə qınamaqda, hər platformada Azərbaycan torpaqlarının bir an öncə tərk edilməsinin lazım olduğu anlatılmaqdadır.


Ötən aylarda sərhəddə yaşanan hadisələr zamanı da Türkiyə çox aydın şəkildə Azərbaycanın tərəfində olduğunu göstərmiş və nə lazımdırsa edəcəyini bütün dünyaya elan etmişdi.


Öz soydaşlarımız  və dindaşlarımız olan ölkələrin də dəstəyi ilə bu məsələnin sülh və diplomatiya yolu ilə həll edilə biləcəyinə ümüd edirəm. Biz, Qarabağdan vaz kecəcək deyilik, vətən torpağının hər zərrəsi müqəddəsdir, onun hər santimetri uğrunda şəhid veririk. Anadolu deyimi ilə ifadə etsək: azdan az, çoxdan çox gedər…


- Azərbaycan Türkiyə münasibətləri yüksək səviyyədədir. Sizcə hansı istiqamətlər üzrə bu münasibətlərdə daha da inkişaf gözləmək olar?


- Azərbaycanla Türkiyə arasında əlaqələr ən üst səviyyədə çox yüksəkdir. Hər sahədə çox gözəl əlaqələr var. Bunu bölgə ölkələri və dünya ölkələri də çox yaxından bilir. Rəhmətlik Heydər Əliyevin dediyi kimi "iki dövlət, bir millətik". Siz Azərbaycan türkləri, biz Anadolu türkləriyik. Bizim aramızda zərrə qədər fərq yoxdur.


Prezident İlham Əliyevin cəsur və səmimi addımlarını təqdir etmək lazımdır. Eyni şəkildə prezident Rəcəb Tayyib Ərdoğan da Azərbaycana xüsusi bir əhəmiyyət verir. Bu gün əlaqələrimizin qürur duyacağımız bir mənzərəsi var,  amma yetərli deyil. Xüsusilə enerji və müdafiə sahəsində əməkdaşlıq daha çox irəliləməlidir. Ortaq layihələr tək dövlət şüurunda icra edilməlidir. Bu həm tarixi, həm milli bir vəzifədir,  həm də regional danılmaz bir gerçəkdir. Türkün türkdən başqa dostunun olmadığı açıq-aydındır...


- Bu yaxınlarda Almaniya Bundestaqının qondarma "erməni soyqırımı"nı tanımasından sonra rəsmi Ankaranın müvafiq tədbirlər görəcəyi bildirildi. Bu tədbirlər nədən ibarət ola bilər?


- "Soyqırımı"sözünə mənasını, mahiyyətini vermək kimi bir yaxın tarixə sahib olan Almaniyanın Türklərlə əlaqədar belə bir qərar verməsi illüziyadan başqa bir həqiqətə sahib deyil. Kimin kim olduğu hər kəsə çox yaxşı bəllidir.


Bu, Osmanlı qorxusu nə böyük bir qorxuymuş ki, 100 il sonra belə hesabı soruşulmaqdadır. Türkiyə Osmanlı hinterlandına (Macaristan daxil olmaqla ətrafı, Orta Şərqdən  Kazana qədər,  Rusiya,  Orta Asya, Şimali Afrikaya qədər,  Qərbi Afrika, Hind okeanına qədər) bir az əl atan kimi düşmən qüvvəlləri dərhal panikaya düşdülər. Nə edirlərsə etsinlər,  bu böyük dirilişi və xoşbəxt yürüşün qarşısını ala bilməyəcəklər.


Yəni Türkiyə Osmanlı nəvəsi olduğunu hərtərəfli göstərəcək. Son bir neçə ildir ki, Almaniya çiddi şəkildə Türkiyə düşmənliyi hiss etdirməkdədir. Türkiyənin iqtisadi və siyasi baxımdan güclənməsi Avropanı, başqa sözlə, Almaniyanı narahat etməkdədir.


Alman mediyasında Gəzi hadisələrindən bəri ciddi bir düşmənçilik sezilməkdədir. Sonuncu dəfə bir televizya aparıcısının prezident Ərdoğana qarşı aqressiv mövqeyindən də o düşmənçiliyi görürdük.


Əslində məsələ dövlət başçımızın bütün dünya və dolaysıyla Avropaya qarşı dik dayanıb doğru sözləri cəsarətlə dilə gətirməsidir.


Rusiya da müxtəlif addımlar atdı indi nə oldu, barışmaq yollarını axtarır. Almaniyanın aqibəti də fərqli olmayacaq. Qarşılarında köhnə Türkiyə və köhnə Türkiyənin siyasətçiləri yoxdur. Hesabları və siyasət mühəndislikləri boşa çıxacaq.


Məncə, sözü uzatmağa heç bir ehtiyac yoxdur. Sadəcə, Qərb belə bir Türkiyə istəmir. Türkiyə müstəqil bir dövlətdir, Avropa İttifaqı və NATO-ya ehtiyacı yoxdur.


Lazım olsa, başqa alternativlər də düşünülür.  Amma bu işlər ağıl və məntiq çərçivəsində olacaq. Bu rəftarına görə, Almaniyanın da itkiləri olacaq. Bu proseslərdə də Azərbaycan bizi beynəlxalq ictimaiyyətdə tək buraxmadı, dəstəkləri üçün minnətdarıq.


-Almaniyanın ardınca Çexiya prezidenti İrəvanda qondarma "soyqırımını" tanımaqla bağlı parlamentə müraciət edəcəyini bəyan etdi. Həmçinin, erməni mətbuatı Niderland XİN-in də qondarma "soyqırımın" tanıması ilə bağlı parlamentə müraciət edəcəyini yazıb. Avropadan Türkiyəyə qarşı belə bir mövqeyin ortaya qoyulmasının səbəbi sizcə nədir?


- Türkiyə nə zaman müstəqil və keçmişiylə barışıq siyasəti izləsə, dərhal müəyyən mərkəzlər hərəkətə keçir.


Almaniyanın sözdə "erməni soyqırımını" təsdiqləməsi də Türkiyəyə göz dağı vermə həmləsi olaraq qiymətləndirilməlidir. Almaniyanın bu rəftarı eyni zamanda Avropa İttifaqının məsələyə münasibət göstərməsi baxımından anlamlıdır. İstədikləri kimi formaya salacaqları, qalx deyincə qalxacaq, otur deyincə oturacaq bir ölkə kimi nəzərdə tutduqları  Türkiyənin, xüsusilə son dövrlərdə müstəqil bir xarici siyasət yürütməsi və Aİ -yə qarşı restler çəkməsi erməni kartının tələm-tələsik müzakirəyə qoyulması ilə nəticələnmişdi.

 

Sonda isə hər kəsin gerçək üzü ortaya çıxdı. Avropa İttifaqı deyilən dibsiz quyunun Türkiyə üçün bir xəyal tüneli olduğu aydın şəkildə sərgiləndi. İndi avropalılar Türkiyənin Aİ-yə üzv olmasını istəmirlər.


Çünki öz hegemonluqlarını itirəcəklərindən qorxurlar. Lakin Türkəyinin elə böyük bir hərbi gücü var ki, NATO-nun onurğa sütununu təşkil edir. Türkiyəyə də ayar vermək üçün erməni məsələsini gündəmə gətirirlər. Amma bunlar boş və gərəksiz addımlardı. Türkiyə nəyi nə üçün etdiyinin fərqindədir.


Mədəniyyət yönümlü xarici siyasət bölgəsində Türkiyəyə liderlik, əzilmiş topluluqlara da diriliş müjdəsi olub. Avropa bunun fərqindədir və məqsəd Böyük Türkiyə idealını əngəlləməkdir. Amma bunu bacarmayacaqlar. Bu əsr Türk əsri və bu əsrdə ən gur səda İslamın sədası olacaq.


-Bu yaxınlarda prezident Ərdoğan rusiyalı həmkarı Putinə təbrik məktubu göndərdi. Bu məktub ötən ilin noyabrındakı təyyarə insdentindən sonra dondurulmuş əlaqələrdə ilk müsbət jest oldu. Sizcə Türkiyə-Rusiya münasibətlərində yaxın zamanda müsbət irəliləyiş gözləmək olarmı?


- Türkiyə ilə münasibətlərin pozulması vəziyyətdən deyil, məcburiyyətdən qaynaqlandı. Rus təyyarələri bizim hava sahəmizi dəfələrlə pozdular, sanki özbaşına və çox bilmiş bir rəftar sərgilədilər.


Nəticədə məlum təyyarə vurulması hadisəsi baş verdi. Rusiya dərhal sərtləşdi, bütün əlaqələri təxirə saldı. 


Hər kəs anlayacaq ki, artıq əski Türkiyə yoxdur və istədiklərini edə bilməzlər. Rusiyanın nə işi var Suriyada? Orada məsum insanları bombalayaraq nə əldə edəcəklər?


Türkiyəyə müxtəlif iftiralar atmaqla Rusiya nə əldə edəcək.. Bəli, bu, gərginlikdən Türkiyə də ziyan görür, amma Rusiyaya dəyən ziyanı daha çoxdur. Bu gün Rusiya ilə Türkiyənin təkrar yaxşı əlaqələr qurması bölgə və dünyada sülhə fayda verər. Əlaqələr  ədalətli olmalıdır. Əlbəttə, Türkiyə öz maraqlarını müdafiə edəcək, qoruyacaq.


Bizim minilliklərdən gələn mədəniyyət və dövlət ənənəmiz var. Rəftar və duruşumuz sıravi ola bilməz.


Diplomatiyanı da bilirik. Rusiya ilə əlaqələrin nəzərə çarpan şəkildə düzələcəyini düşünürəm. Çünki hazırkı vəziyyətin kimsəyə bir faydası yoxdur.


- Türkiyə ilə Avropa İttifaqı arasında vizaların aradan qaldırılmasına dair prosesdə hansı inkişafı gözləyirsiniz?


- Avropa İttifaqı ölkələrinin viza mövzusunda terrorla mübarizəni yumşaltma və qanunları dəyişdirmək şərtlərini önə sürməsi nə qədər "səmimi və dürüst" olduqlarını göstərir. Yox elə yağma! Alsın vizalarını,  başlarına çalsınlar. Belə şərt olarmı? Bu, terrora dost , bizə düşmən bir rəftardır. Bu formada bir inkişaf olacağını güman etmirəm. Aİ onsuz da artıq cazibədar bir birlik deyil.  Türkiyə də belə söykənəcəklərə gedən bir ölkə deyil.

 

- Mətbuatda Türkiyə və İsrailin barış üçün gəkdikləri razılığın bəzi detalları açıqlanıb. Bu məsələilə bağlı nə deyə bilərsiniz?


- Qəzza mövzusunda İsrail yumuşalarsa, daha öncəirəli sürdüyümüz şərtlər yerinə yetirilərsə, əbədi düşmən olacaq halımız yoxdur. Amma İsrail hər zaman "terror dövləti" olmaq potensialını daşıyır. Xalqın da müharibə istədiyini düşünmürəm.


Lakin  sionist  xəyallar daşıyan siyasilər bu geriləmələrə ilk məsuliyyət daşıyanlardı. Fələstinlilərin yaşam haqlarına hörmət edəcək, onların müstəqil dövlət kimi yaşamaq iradələrinəhörmət edəcək bir İsrail bütün dünyada təqdirlə qarşılanar. Düşünürəm ki, İsrailə daha bir şans vermək lazımdır. Amma təmkinli olmaq da faydalıdır.

Sizin Reklam Yeriniz