Əlaqə Arxiv
news Image
2016.10.11
11:09
| A A A
Kıbrısda Türk Dünyası Gənclərinin Forumu keçiriləcək

Movqe.az Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin sədri, Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlunun müsahibəsini təqdim edir: 

-Orxan bəy, oxucularımıza bu günlərdə Şimali Kiprdə keçirilməsi nəzərdə tutulan Türk Dünyası Gənclərinin Forumu haqqında məlumat verəsiniz...

-Türk Dünyası Gənclərinin Birinci Forumu 16-20 oktyabr tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində baş tutacaq. Əvvəlcə onu bildirim ki, bu beynəlxalq forumun tarixinin seçilməsində əsas məqsədimiz bu forumu Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25 ilinə həsr olunub. Bildiyiniz kimi bu illər ərzində ölkəmizdə bütün sektorlarda olduğu kimi, gənclər sektorunda da ciddi işlər görülüb. Həmçinin bir türk ölkəsi olaraq, çox ciddi irəliləyişlər əldə olunub.

Bu il keçərəcəyimiz bu tədbirə ümumdünya üzrə 200-dən artıq qonaq dəvət alıb. Əsas məqsədimiz sadəcə Türk gəncliyini deyil müxtəlif xalqların nümayəndələrini də bu forumda iştirakını təmin etməkdir. Biz öz milli mənəvi dəyərlərimizi məhz, bu kimi elmi-praktik forumlarda ifadə və təbliğ edə bilərik. Türk milləti daima digər xalqlarla dost münasibətdə olub. Gənclər bir araya gələrək, yeni iş birliklərini müzakirə etmə şansi əldə edəcəklər. Dünyanin müxtəlif yerlərindən gələn bu insanlar yeni əməkdaşlıqlarla yanaşı həmçinin yeni dostluqlarda quracaqlar.

-Bu günə qədər belə forum keçirilibmi?

-Bu formatda bizim bir tədbirimiz 3 il öncə yenə Kıbrısda keçirildi. Yalnız kiçik formatda və daha az mövzunu əhatə edirdi. Ümumi olaraq, bu format və həcmdə ilk dəfədir tədbir keçirəcəyik. Onu da deyə bilərəm ki, biz artıq ikinci forumun tarixinidə müəyyənləşdirmişik.

-Əsasən hansı mövzular müzakirə olunacaq?

- Forumda əsas olaraq 4 mövzu ətrafında panellər planlaıdırılıb. Günün tələb və vacibliyini nəzərə alaraq bu mövzuları seçmişik. Bu mövzularda əsasən bu sahədə yetərincə təcrübəsi olan tanınmış insanlar mühazirələr səsləndirəcəklər. Mövzularımız aşağida olduğu kimi planlanıb

- Türk Dünyasi Gənclərinin Ortaq Probleməri və Srateji iş Birliyi

- Gənclərin texnalogiya və akademik sahədə qarşılıqlı çalışması

- Çağdaş Türk ədəbiyatının yaradılması və öyrədilməsi

-Liderlik və Vizyon inkişaf etdirmənin yolları

-Forumda Türkiyəni kimlər təmsil edəcək?

-Bu, forum Türkiyənin ana dəstəyi ilə  keçirilir. Biz əsasən Türk Birliyi Dayanışma Dərnəyi olaraq, Türkiyənin Baş Nazirin müavini və Kıbrısdan sorumlu baş nazirin köməkçisi Toğrul Türkeşin himayəsində keçiririk. Türkiyədən Toğrul bəyin rəhbərlik etdiyi 50 nəfərlik bir heyət qatılacaq. Əlbəttə burada tanınmış ziyalılar gənclər və qeyri-hökümət təmsilçiləri iştrak edəcək. Onu da qeyd edim ki, bütün soydaşlarımızın çox sevdiyi həmyerlimiz professor Aygün Attar xanımda forumda panellərdən birinə rəhbərlik edəcək.

- Bakıdan kimlərin iştirakı gözlənilir?

- Əlbəttə Türk dünyası deyərkən ilk öncə Azərbaycan öndə gəlir.  Ona görə ki ölkəmizdə bu sahədə çox gözəl işlər görülür. Azərbaycandan bu foruma bir neçə millət vəkili, diaspora komitəsinin təmsilçiləri, QHT sədrləri gənclərin təmsil olunduğu təşkilatlar TV kanalları və jurnalistlər başda olmaqla 40 nəfər qonaq dəvət olunub.

Sizin Reklam Yeriniz