news Image
2012.05.08
00:03
| A A A
Dövriyyədə artıq pul problemi dərinləşir
Bu hal müxtəlif növ məhsulların, o cümlədən ərzağın bahalaşmasına təsir göstərən əsas amillərdən sayılır

Uzun müddətdir ki, Azərbaycan iqtisadiyyatı üçün özüün göstərən əsas məqamlardan biri dövriyyədə olan pul kütləsinin artıqlığı iləbağlıdır. Bu hal inflyasiya yaradan əsas səbbələrdən olsa da görülən tədbirlər hələ ki, istənilən nəticəni vermir. Dövriyyəəd olan nağd pul kütləsi artır və istisna edilmir ki, proseslri tənzimləmək üçün mərkəzi bank yenidən uçot dərəcəsini artırsın.

Xatırladaq ki, təxminən 1 il əvvəl də Mərkəzi Bank uçot dərəcəsinin 5 faizdən 5,25 faizə qaldırılması ilə bağlı qərar qəbul edib. Belə ki, bankın İdarə Heyəti ötən il martın 1-dən etibarən uçot dərəcəsini 3%-dən 5%-ə qaldırılmışdı. Qurum bu qərarı maliyyə bazarlarında müvafiq şəraiti təmin etməklə Mərkəzi Bankın izafi pul kütləsini sterilizasiya etmək imkanlarının artırılmasına yönəlməsi ilə əsaslandırmışdı. Bundan təxminən 2 a y sonra Mərkəzi Bank uçot dərəcəsinin 5 faizdən 5,25 faizə qaldırılması ilə bağlı qərar qəbul etdi və əsas kimi yenə izafi pul kütləsini sterilizasiyası, qiymət artımının tənzimlənməsi göstərildi. Lakin ötən müddət dövriyyədə olan pul kütləsinin davalı şəkildə artıdığını göstərir. Təkcə cari ilin il kiki ayınad dövriyyədəki pul kütləsi 35,2 faiz artıb. Cari ilin martın 1-ə olan məlumata görə, dövriyyədə olan nağd pulkütləsi 10 milyard 694 milyon manat təşkil edib halbuki ötən ilinanaloji dövründə bu göstərici 7 milyard 907 milyon manat olub. Bütün bunlar dövriyyəəd olan nağd pul kütləsinin sürətlə atıdığıın göstərir ki, bu da öz növbəsində bir sıra ciddi problemlərə yol açır.

Bu, ilk növbədə, bahalaşma prosesilə bağlıdır. Xatırladaq ki, son dövrlər ölkəmizdə müəyyən bahalaşma yaşanmaqdadır və dövriyyədə olan pul kütləsinin artımı buna təsirsiz ötüşmür. Beləliklə, pul kütləsinin artımı inflyasiyaya da yol açan əsas amillərdəndir. Digər tərəfdən, pul kütləsinin artımı milli valyutanın xarici pul vahidlərinə nisbətdə dəyərdən düşməsinə təsir göstərən amillər sırasında yer alır.

Pul kütləsinin artımına müxtəlif amillər təsir edir. Bunlara misal olaraq, yüksək iqtisadi artım tempi, xaricdən böyük həcmdə neft pullarının daxil olması, eləcə də büdcədən sosial məqsədlər üçün ayrılan vəsaitin çoxalmasını və digərlərini göstərmək olar. Həmçinin əhalinin çoxunun nağd əməliyyatlara üstünlük verməsi də bu prosesə təsir edir. Faktdır ki, əhali hələ də nağd əməliyyatların aparılmasına üstünlük verir. Nəticədə dövriyyəyə əlavə pul kütləsi buraxmaq zərurəti yaranır. Əlavə pul kütləsi isə inflyasiyaya yol açan amillər sırasında yer alır. Qeyd edək ki, artıq Azərbaycan iqtisadiyyatı üçün prioritet məsələlərdən biri inflyasiyaya qarşı mübarizənin aparılmasıdır. Təbii ki, inflyasiya ilə mübarizə, yalnız qiymətlərin tənzimlənməsi, süni qiymət artımlarına qarşı mübarizənin aparılması formasında deyil, dolayı metodlardan, eləcə də maliyyə sektorunun imkanlarından istifadə etməklə həyata keçirilir.

Lakin araşdırmalar göstərir ki, dövriyyədə olan pul kütləsi daha da artacaq və bunun əsas səbəblərindən biri dövlətin kapital xərclərinin çoxalmasıdır. Məsələ beynəlxalq təşkilatların da xüsusi diqqət mərkəzindədir və onlar da bildirir ki, bu hal inflyasiya prosesini dərinləşdirir.

Nağd pul kütləsinin artması Mərkəzi Bankın pul dövriyyəsinə təsir imkanlarının azalmasına səbəb olur. Bu səbəbdən, pul kütləsinin artması fonunda ekspertlər qeyri-nağd pul kütləsinin artımına Mərkəzi Bank tərəfindən xüsusi diqqət yetirilməsini vacib sayır. Lakin dövriyyədə olan nağd pul kütləsinin artımı təkcə Mərkəzi Bank üçün fəsadlar doğurmur, bu, eyni zamanda, sadə vətəndaşlar üçün də təhlükəli hal sayılır. Qeyd olunduuğ kimi bu, ilk növbədə, bahalaşma prosesilə bağlıdır. İndi bütün dünyada olduğu kimi, Azərbaycanda da diqqət mərkəzində yer alan əsas mövzulardan biri ərzaq və digər növ məhsulların sürətlə bahalaşmasıdır. Bu şəraitdə inflyasiya amillərinə nəzarətin gücləndirilməsi və onların qarşısının alınması aktuallığı artdığından, müvafiq hökumət qurumları qiymət sabitliyinin qorunmasına yönəlmiş tədbirlərə daha çox diqqət yetirməyə başlayır. Lakin ekspertlər, istənilən halda, ilin sonuna kimi bahalaşmanın davam edəcəyini proqnozlaşdırır. Ümumiyyətlə, ölkəmizdə inflyasiya yaradan bir neçə səbəb mövcuddur.

İlk növbədə belə hesab edilir ki, Azərbaycanın istehlak bazarında qiymətlərin qalxmasına əsas səbəb dünya bazarlarında bahalaşmadır. Bu, ölkəmizdə istehlak bazarında qiymət artımına səbəb olan ən vacib faktordur. Daxili bazarın xüsusiyyətləri qiymətləndirilən zaman o faktı nəzərə almaq lazımdır ki, ölkə çoxlu sayda ərzaq məhsulları idxal edir və ölkədə inflyasiyanın yarıdan çoxu idxal hesabına təmin edilir. Beləliklə, Azərbaycanın məhsul idxal etdiyi ölkələrdə həmin məhsulların bahalaşması sonda bizə də təsirsiz ötüşmür və bu, ölkəyə idxal inflyasiyası gətirir. Qiymət artımının səbəblərindən daha biri subyektiv faktlar - bəzi sahibkarlar tərəfindən qiymətlərin süni şəkildə qaldırılmasıdır. Ölkədə qiymət artımlarının sürətlənməsinə Mərkəzi Bankın həyata keçirdiyi pul siyasəti də təsir edir. Bu gün dolların kəskin ucuzlaşmasınıa yol verməmək üçün dövriyyəyə manatla əlavə pul kütləsi buraxılır. Nəticədə manatın alıcılıq qabiliyyəti bir qədər də azalır və qiymət artımı sürətlənir. Ekspertlər yaxın aylarda pul kütləsinin daha da artacağını proqnozlaşdırır. Belə ki, sovetlər dönəmindən qalan əmnatlərin gələn aydan qaytarılması dövriyyəyə əlavə pul kütləsinin daxil olması ilə nəticələcək ki, bu da inflyasiyanın bir qədər də artması ilə müşayiət olun abilər.

Səməd Cəfərov