Əlaqə Arxiv
news Image
2012.05.16
19:08
| A A A
Belorus Respublikasının “Eurovision-2012” mahnı müsabiqəsinin təmsilçiləri BSU-da olub

Movqe.Az xəbər verir ki, Bakıda keçirilən "Evrovision-2012" möhtəşəm mahnı müsabiqəsi ərəfəsində Belorus Respublikasının təmsilçiləri "Laytsound" vokal qrupu və Belorus Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri N.Y.Patskieviç Bakı Slavyan Universitetinin qonağı oldular. BSU-nun Konfrans zalında tələbələrin surəkli alqışları ilə qarşılanan qonaqlar ilkin olaraq Azərbaycan xalqının qonaqpərvərliyinə heyran olduqlarını dilə gətirdilər.

BSU-nun tərbiyə işləri üzrə prorektoru dosent Oktay Səmədov universitetin rektoru, AMEA-nın müxbir üzvü proffessor Kamal Abdullayevin adından qonaqları salamlayıb və bildirib ki, görüş yerinin BSU seçilməsi təsadüfi deyildir, çünki ötən il Azərbaycana "Eurovision" qələbəsini qazandıran Eldar Qasımov BSU-nun magistrantı və əməkdaşıdır. Eyni zamanda, BSU-da Belarus dili və mədəniyyəti mərkəzi də fəaliyyət göstərir ki, bu da Belorus təmsilçilərində müəyyən maraq doğura bilər. Sonra O.Səmədov müsabiqə iştirakçılarına uğurlar arzulayıb. Belorus Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri N.Y.Patskieviç BSU-nun maraqlı layihələri ilə digər universitetlərdən fərqləndiyini bildirib. "Azərbaycanda Belorusa çox gözəl münasibət var, bunu hiss etmək üçün Azərbaycanda yaşamaq lazımdır". BSU-da fəaliyyət göstərən Belarus Bili və Mədəniyyəti Mərkəzi ilə tanış olan qonaqlar burada təhsil alan tələbələrlə fikir mübadiləsi apardılar. Mərkəzin fəaliyyəti barədə məlumat verən səfir Patskieviç Belarusiya və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi işində fəal iştiraklarına, Belarus dili və mədəniyyətinin Azərbaycan gəncləri arasında təbliği işində xüsusi xidmətlərinə görə BSU-nun rektoru professor K.Abdullayevi, universitetdə fəaliyyət göstərən Belarus dili və mədəniyyəti mərkəzinin əməkdaşlarını və belarus dilini öyrənən tələbələri Belorus səfirliyinin fəxri fərmanı ilə təltif edib.

"Laytsound" qrupunun ifaçıları Bakıya gəldikləri ilk gündən Azərbaycan xalqının qonaqpərpərvəliyinə, şəhərin memarlığına və "Evrovision-2012" yarışmasının keçirildiyi "Büllur Saray" möhtəşəmliyinə heyran olduqlarını bildiriblər. Tələbələrin müxtəlif mövzuda suallarını cavablandıran müsabiqə itirakçıları Azərbaycan bəstəkarı Rauf Hacıyevin "Sevgilim" mahnısını canlı ifa ediblər və bu tədbir iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb.

Sizin Reklam Yeriniz