news Image
2012.05.21
12:34
| A A A
Neft hasilatı ilə bağlı müəmmalar səngimir
Nizaməddin Quliyev: «Neft hasilatı stabil saxlanılsa da, qaz hasilatı artırılacaq» İlham Şaban: «Adətən qurudakı yataqlarda 20 - 25 faizdən artıq neftvermə əmsalı yoxdur»

Azərbaycanda neft hasilatı son dövrlər getdikcə daha çox müzakirə predmetinə çevrilməkdədir. Buna əsas səbəb ölkənin hələ böyük neft ehtiyatlarının olmasına rəğmən, hasilat səviyyəsinin tədricən aşağı düşməsinə dair yayılan məlumatlardır. Məlumat üçün qeyd edək ki, 2010 - cu ildə ölkədə 50,8 milyon ton neft hasil edilib. Ötən il isə neft hasilatı təqribən 45. 37 milyon ton civarında olub.

Cari ilin rübündə neft hasilatı 11,299 milyon ton olub. Bu, ötən ilin müvafiq dövründən 5,8% azdır. İlin ilk 4 ayının göstəricisində də neft hasilatında azalmalar var.

Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məsələyə münasibət bildirərkən qeyd etdi ki, neft hasilatı sabitdir və bundan sonra da belə olacaq: "Bu ildə də hasilatın təqribən keçən ilki qədər olması nəzərdə tutulur. Neft hasilatı stabil saxlanılsa da, qaz hasilatı artırılacaq".

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə bildirdi ki, son il yarımda neft hasilatı aşağı düşməyə başlayıb: "İlin sonlarından başlayaraq hasilatda azalmalar müşayiət edilir. Rəsmi statistikaya görə 2011-ci ilin nəticələrində 2010 - cu illə müqayisədə 10.5 faiz azalma baş verib. Cari ilin 4 ayında isə bu 6.9 faiz təşkil edir. 2010 - cu ildə azalmanı sırf texniki məsələlərlə izah etməyə çalışırdılar. Yəni, Azərbaycanın bir nömrəli hasilatçısı olan "BP Azərbaycan" şirkəti özünün dörd hasilatçı platformalarında -ıraq"da, "Mərkəzi Azəri"də, "Şərqi Azəri"də və "Qərbi Azəri"də modernizasiya işləri aparırdı. Bu işlər isə həmin platformaların daha stabil işləməsi, hər hansı bir fövqəladə halda onun avtomatikasının daha mükəmməl vəziyyətdə bütün prosesləri nəzarətə götürməsi və sualtı infrastrukturun nəql edilməsi sisteminin modernizasiyası ilə əlaqədar idi. Bütün bunlar yaxşı təsislər idi, ancaq modernizasiyası hər platformanın təqribən 2-3 həftə fəaliyyətinin dayanmasına gətirib çıxarırdı. Ona görə də bu başa düşülən idi, hasilat azalırdı. Ancaq, BP şirkəti modernizasiyadan sonra sonuncu platformanı dekabr ayının 19-da istismara verdi. Bundan təqribən 5 ay vaxt keçib. Ancaq nəticələr hər ay açıqlandıqca biz onu müşahidə edirik ki, azalma dayanmır".

Mərkəzin rəhbəri bunu belə izah etdi ki, "Azəri-Çıraq-Günəşli" də həm də "Şahdəniz" də kondensatın azalaması baş verir: "Bundan başqa, Dövlət Neft Şirkətinin qurudakı yataqlarında, əsasən də Azərbaycanın imzaladığı kontraktlarda aşağı düşmələr müşahidə olunur. Bunun nəticəsində də biz belə bir vəziyyətlə üzləşmişik".

İlham Şaban heç bir şirkətin bunların aradan qaldırılması istiqamətində rəsmi açıqlama vermədiklərini də qeyd etdi: "Quruda bağlanan hasilatın pay bölgüsü kontraktlarında operatorun öhdəliyi göstərilir. Yəni, 2-3 il müddətinə müqavilə öhdəliyi ilə şirkət ən aşağısı hasilatı 1.5 - 2 dəfə artırmalıdır. Ancaq, onların əksəriyyətində bu öhdəlik yerinə yetirilmir". Ekspert hasilatın aşağı düşməsini 2 səbəblə izah etdi: "Birincisi, yataqların məhsuldarlığının azalması. Məhsuldarlığı azalmasının qarşısının alınmasının isə iki metodu var: Binicisi, layların neft vermə qabiliyyəti artırılmalıdır. İkincisi isə yeni quyular qazılmalıdır. Adətən qurudakı yataqlarda 20-25 faizdən artıq neftvermə əmsalı yoxdur. Yəni, əgər geoloji üsulla tapsalar ki, hardasa bir milyon ton neft var, bu o analama gəlmir ki, oradan həmin miqdarda nefti çıxarmaq mümkündür. Yəni, oradan ən yaxşı halda 250 min ton neft çıxarmaq mümkün olacaq. Amma, BP şirkəti isə onun 60-70 fazini çıxara bilir. Çünki, onun yeni mütərəqqi texnologiyaları, sistemləri var. Ancaq, digər şirkətlər BP-nin yanında kiçik şirkətlərdir. Hətta, bizdə elə yataqlar var ki, onların neft çıxarma qabiliyyəti 20 faizdən də aşağı düşür. Bunların artırılması üçün isə yuxarıda dediyim şərtlər lazımdır.

Məhsuldarlığın azalmasının qarşısının alınmasının ikinci üsulu isə yeni quyular qazılmasıdır. Düzdür, deyirlər ki, yeni quyuların qazılmasının o qədər də effekti olmaya bilər. İndi şirkətlər əsasən yeraltı təmirə üstünlük verirlər. Ancaq, mən hesab edirəm ki, istənilən halda yeni quyuların qazılması daha effektiv metod sayılır. Yeni quyuların qazılması nəticəsində daha çox yeni sahələr tutulur. Bu da uzun müddət olmasa da neftin çıxarılma əmsalına birbaşa təsir göstərən amildir. Ancaq, bunun üçün sərmayə qoymaq lazımdır".

Onun sözlərinə görə, hər bir quyu özünün pik dövrünü keçir və bundan sonra onun məhsuldarlığı aşağı düşür: "Bu proseslər başa çatandan sonra, həmin quyuda məhsuldarlığı artımaq qeyri-mümkündür. Bunu artırmaq üçün isə dediyimiz kimi yeni əhatə dairəsi götürülüb, yeni quyular qazılmalıdır. Yeni horizantlar aşkar edilməlidir. Bu isə əlavə kapital tələb edir".

İlham Şaban qeyd etdi ki, gələn il üçüncü rübün sonunda BP şirkəti "Çıraq" yatağında yeni platformanı işə salmalıdır: "Təbii ki, bu artıq hasilata öz müsbət təsirini göstərəcək. Belə təqdirdə BP-də hasilat artacaq. BP-də hasilat artan kimi Azərbaycanda da hasilatın artımı gözlənilir".

Mübariz Bayramov

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs