news Image
2012.06.06
19:49
| A A A
Ərdoğan İsrail jurnalistini Şok etdi
İsrailli jurnalist, baş nazir Ərdoğana kinayəli sualları ard-arda sıraladı, amma gözləmədiyi cavabı aldı.

Movqe.az saytı xəbər verir ki, dünən axşam Dünya İqtisadiyyat Forumu iştirakçılarını Dolmabahçe Sarayında qəbul edən Ərdoğan, bu sırada yanına yaxınlaşan İsrail jurnalistlərinin suallarını cavablandırıb.

Baş nazir Rəcəb Tayyib Ərdoğan İsraillə pozulan əlaqələrin Türk iqtisadiyyatına zərər vermədiyini söyləyib.

Dünya İqtisadi Forumundakı çıxışında İsraili tənqid edən baş nazir Ərdoğan, dünən axşam onu sualları ilə sıxışdırmağa çalışan İsrail jurnalistin suallarına maraqlı bir cavab verib.

Maariv qəzetinin xəbərinə görə, İsraillə əlaqələrin normallaşması ilə bağlı suala Ərdoğan, Tel Aviv rəhbərliyindən Mavi Mərmərə qırğını ilə əlaqədar tələblərin müəyyən olduğunu və bunların qarşılanmasının lazım olduğunu söyləyib.

Ərdoğan: "Əvəzi iki ölkə arasında xronik böhran olsa da bu şərtlərdən imtina etməyəcəyik" - deyib.

İsrailin üzr diləməsi, təzminat ödəməsi və Qəzzadakı qorxunc mühasirəni qaldırmasını istədiklərini xatırladan Ərdoğan, bu tələblərin yerinə yetirilməsindən həmkarı Binyamin Netanyahu ilə bir araya gəlməsindən də söhbət getməyəcəyini söyləyib.

Müxbirin, Türkiyəyə gələn İsrailli turistlərin sayında azlıq müşahidə edilməsini xatırlatmasına cavab olaraq Ərdoğan: "Onların əskikliyini hiss etmədim. Ötən il ölkəmizə 31 milyon turist gəldi" - deyə cavab verib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs