news Image
2012.06.08
10:37
| A A A
Əli Həsənov Qafqaz Universitetində seminar verdi

Movqe.Az xəbər verir ki, iyunun 7-də Qafqaz Universitetində aylıq seminar keçirilib. Universitetin rektoru professor Ahmet Saniç seminar iştirakçılarını salamladıqdan sonra  bildirib ki, Universitetdə aylıq seminarlar  artıq ənənə halını alıb. Hər ay universitet rəhbərliyinin dəvəti ilə Azərbaycanın və dünyanın   tanınmış alimləri, səfirlər, ictimai xadimlər tələbələrin görüşünə gələrək onları maraqlandıran mövzular ətrafında çıxış edirlər, tələbə və müəllimlərin suallarını  cavablandırırlar. Bu dəfəki seminarın məruzəçisi Azərbaycan Respublikası Baş nazirinin müavini  cənab Əli Həsənovdur. Məruzəçinin mövzusu "Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzünün nəticələri, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı" olduğunu deyilir. Sonra məruzəçi söz alaraq məruzə ilə çıxış edib. Məruzəsində Əli Həsənov qonşularımız olan ermənilərin xalqımızın başına gətirdiyi hadisələrin xronologiyasından bəhs edib. "Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar. Ermənilər öz planlarını mərhələ-mərhələ həyata keçirmişlər. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş Irəvan xanlığı (sonradan Irəvan quberniyası) ərazisində kiçik bir Ermənistan Respublikasını yaratmışlar. XX əsrin müxtəlif dövrlərində iki milyona yaxın soydaşımız öz tarixi torpaqlarından qovuldu, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək didərgin salındılar. Ermənistan silahlı qüvvələrinin 1988-1992-ci illərdə ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən məcburi köç etmişlər." Əli Həsənovun məruzəsindən sonra Çağ Öyrətim şirkətinin sədri Enver Özeren Universitetə gəlməsinə görə qonağa təşəkur edib. Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb. Qonağa Qafqaz Universitetinin fəxri plaketi təqdim edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs