news Image
2012.06.12
10:42
| A A A
Nobel mükafatlarının həcmi 20 faiz azaldı
Nobel mükafatı laureatlarının aldığı pul mükafatının həcmi azaldılacaq.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Nobel Fondunun Direktorlar Şurası iyunun 11-də qərar qəbul edib. 

Nobel mükafatının həcmi 20 faiz azalacaq. Beləliklə, gələcəkdə Nobel mükafatçıları 1,4 milyon dollar deyil, 1,1 milyon dollar alacaqlar. Direktorlar Şurası bu qərarı iqtisadi böhranla izah ediblər. Son illər dünya iqtisadiyyatındakı problemlərlə əlaqədar Nobel Komitəsinin fəaliyyəti ilə bağlı xərclər və laureatlara ödənilən mükafatların həcmi kapital qoyuluşundan əldə olunan gəlirləri ötüb. Buna görə Direktorlar Şurası mükafatın təqdim edilməsi ilə bağlı keçirilən təntənəli mərasim üçün xərcləri də məhdudlaşdırmağa qərar verib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs