news Image
2012.06.13
16:11
| A A A
Yaşlı ataların uşaqları daha uzun yaşayır

Movqe.Az bildirir ki, Amerikalı elm adamları ataları və babaları daha yaşlı olan uşaqların daha uzun yaşadığını, bir sözlə ata olmaq üçün daha uzun müddət gözləmənin faydalı ola biləcəyini bildiriblər.

"Proceedings of the National Academy of Sciences"də nümayiş olunan araşdırma 1779 yetkin gəncin DNTləri üzərində aparılan araşdırmaları əsas götürüb.

Bir kişi yaşlandıqca spermlərinin genetik quruluşu da dəyişir və daha uzun ömür təmin edən bir DNT kodu inkişaf etdirir. Daha yaşlı kişi də bu genetik xüsusiyyəti uşaqlarına ötürür.

Tibb, həyat müddətiylə genetik kodlarımız olan DNTlərin olduğu xromosomlarda olan telomerlerin uzunluğu arasında əlaqə olduğundan xəbər verir. Beləliklə, daha qısa telomer, daha qısa həyat mənasını verir.

"Newcastle" Universitetində yaşlanma üzrə ekspert Prof. Tomas von Zqliniçki bu sahədə daha yüksək səviyyədə araşdırma aparılmasının lazım olduğunu vurğulayır.

Prof. Von Zqliniçki, yaşlı bir atadan uzun telomerler götürülməsinin üstünlüyü olduğunu söyləyir, amma eyni zamanda DNTdə yüksək zərərin və spermdəki çevrilmənin gətirəcəyi ziyanın da olmasını vurğulayır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs