news Image
2012.06.13
16:32
| A A A
Gözsüz doğulan uşaq görə biləcək
Uşağın üzündə həkimlər bir neçə qat dərinin altında göz almasını aşkar ediblər

Movqe.Az xəbər verir ki, Çinin Sinüzən əyalətinin Urumçi  şəhərində görmə orqanı olmadan dünyaya  gələn uşağın üzündə həkimlər bir neçə qat dərinin altında göz almasını aşkar ediblər.

Uşağın anası Salamu olanlar barədə deyib: "2011-ci ilin  oktyabr ayında  Marvanicunq görmə orqanı olmadan dünyaya gələndə, biz onun gün işığını hiss etdiyini bilmirdik."

Ata Madamixan isə  bu 8 ayda  uşağın vəziyyətinin ümidsiz olduğunu və Marvanicunqun bir daha heç bir zaman ətraf mühiti görməyəcəyini düşündüyü deyib.

Lakin xoşbəxt təsadüf nəticəsində planlı tibbi müayinə zamanı  həkimlər uşağın davranışında qəribəliklər hiss ediblər. Sən demə bütün bu müddət ərzində o, işıq axınını hiss edirmiş. Həkimlər sol tərəfdə dərinin altında göz almasını aşkar etdikdə isə təəccüblərini gizlədə bilməyiblər.

Uşağın anası tibb işçilərindən razılığın bildirərək, onların artıq bir ümidi olduğunu deyib: "Hazırda bizim belə bahalı əməliyyata pulumuz yoxdur, lakin bunun üçün əlimizdən gələni edəcəyik".

Həkimlərin sözlərinə görə Marvanicunq görmə orqanı olmadan dünyaya gələn ilk uşaq deyil, bununla belə  dərin dəri qatı altında göz alması aşkarlanması tibbdə nadir hadisədir.

Son məlumatlara görə, Urumçi şəhərinin administrasiyası  uşağın görməsini bərpası üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs