Əlaqə Arxiv
news Image
2012.06.17
14:21
| A A A
Mədəni irsin konservasiyası ilə məşğul olan gənclər Belçikada toplaşır

Movqe.Az xəbər verir ki, 18-20 iyun tarixlərində Belçikanın Antverpen şəhərində İtaliya Konservasiya Alimləri Assosiyasiyasının təşkilatçılığı ilə "Mədəni İrsin Konservasiyasında Gənclər" - YOCOCU  konfransı keçiriləcək. Konfrans mədəni irsin müxtəlif sahələrində çalışan gənc peşəkarlar və tədqiqatçıların şəbəkəsini yaratmaq məqsədini daşıyır.

YOCOCU ümumi məqsədə xidmət edən gənc tələbələr, tədqiqatçılar və peşəkarlarların birliyinin rəmzidir. Həmin gənclər bu konfransa toplaşır, mədəni irsin müxtəlif sahələrində - fizika, biologiya, bərpa, arxeologiya və memarlıq - tədqiqat və mədəni inkişafa töhfə verməyə dair təcrübə və bilik mübadiləsi aparırlar. Konfransda mədəni irsin konservasiyasının təbliğinin inkişafı məqsədilə metal, daş, şüşə, saxsı, piqment, divar bəzəyi və s. mövzularda posterlər və məruzələrin təqimatına yer ayrılacaq.

Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Radiasiya Problemləri İnstitutunun əməkdaşları ilə yanaşı, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin arxeoloq və bərpaçı üzvləri də iştirak edəcəklər. Onlardan Dr. Fariz Xəlilli, Şölə Bayramova və Emil Səfərov "MİRAS İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyasının Azərbaycanda mədəni irs fəaliyyətləri", bərpaçı-rəssam Cahangir Əhmədov "Fayans və farfor məmulatının bərpa təcrübəsi (Orta əsr Ağsu şəhəri materialları əsasında)", metal üzrə bərpaçı Vüqar Quliyev "Orta əsr metal məmulatının bərpa və konservasiyası" mövzusunda məruzə edəcəklər.

Sizin Reklam Yeriniz