news Image
2012.06.22
11:14
| A A A
"Azərbaycanda abort qadağan edilə bilər"
Komitə sədri qeyd edib ki, aborta qanunda istisna hal kimi, bir sıra xəstəliklərlə bağlı icazə verilə bilər

Azərbaycanda abort qadağan edilə bilər. Bunu Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib. H. Rəcəbli bildirib ki, abortun qadağan olunması məsələsi Ailə Məcəlləsində və "Sağlamlığın qorunması haqında" qanunda öz əksini tapa bilər: "Uşağın cinsinə görə abort edilməsi ciddi fəsadlarla müşahidə olunur. Dünyanın bir sıra ölkələrində, Çində, İranda abort qadağan olunub. Abort vəhşilik, insanın öldürülməsi, eyni zamanda insanların seksual tərbiyəsinin aşağı olmasıdır". Komitə sədri qeyd edib ki, aborta qanunda istisna hal kimi, bir sıra xəstəliklərlə bağlı icazə verilə bilər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs