Əlaqə Arxiv
news Image
2012.06.29
18:37
| A A A
Deputatdan İTV-nin baş direktoruna sərt ittiham
Fəzail Ağamalı: “İsmayıl Ömərov diktatura yaradıb”yunun 29-da Milli Məclisdə «İctimai Televiziya və Radio Yayımı haqqında» qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Qanuna dəyişiklik layihəsi barədə Milli Məclisin Mə

İyunun 29-da Milli Məclisdə "İctimai Televiziya və Radio Yayımı haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Qanuna dəyişiklik layihəsi barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. Dəyişikliyə əsasən bədii, sənədli və cizgi filmləri Azərbaycan dilinə çevriləcək, yaxud subtitrlə tamaşaçılara çatdırılacaq. Azərbaycan dilinə çevrilmədən bu dildə subtitrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmini müvafiq dövlət orqanı müəyyən edəcək. Millət vəkili Jalə Əliyeva qeyd edib ki, əcnəbi teleserialların Azərbaycan dilinə tərcümə olunması vacibdir: "Lakin Türkiyə teleseriallarının Azərbaycan dilinə çevrilməsi qəribə səslənir. Ona görə də türk teleseriallarının subtitrlə verilməsi yaxşı olardı".

Deputat Fəzail Ağamalı isə bildirib ki, həmin dəyişikliklərdə İctimai Televiziya və Yayım Şurasının sədrinin bəzi səlahiyyətlərinin İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərova verilməsi nəzərdə tutulur: "Bu, düzgün deyil. İsmayıl Ömərov orada diktatura yaradıb. Yayım Şurasının səlahiyyətləri artırılmalı və baş direktorun orada diktatura rejimi quraraq istədiyini etməsinin qarşısı alınmalıdır. Baş direktor öz prinsiplərini həyata keçirməməlidir".

İsmayıl Ömərov AzadlıqRadiosuna deyib Fəzail Ağamalının onunla bağlı dediklərinə həmin süjetə baxandan sonra münasibət bildirəcək.

Sizin Reklam Yeriniz