news Image
2012.04.07
15:19
| A A A
Moldova Ermənistana silah satarkən sövdələşmədə kobud pozuntulara yol verilib
Moldova parlamenti Ermənistana qanunsuz silah satışı ilə bağlı təhqiqatın nəticələrini Baş Prokurorluğa göndərib

Moldovanın Ermənistana silah satışı ilə bağlı sövdələşmə kobud pozuntularayol verilməklə həyata keçirilib. Müqavilə ilə bağlı araşdırma aparan xüsusi parlament komissiyasıbu qənaətə gəlib. Moldova parlamentinin srağagün keçirilən iclasında təhqiqat materiallarının Baş Prokurorluğagöndərilməsi barədə qərar qəbul olunub.

Parlament komissiyasının gəldiyi nəticəyə əsasən, müvafiq sertifikata malik olmayan şirkətlə silah satışına dair müqavilənin imzalanmasına yol vermiş iqtisadiyyatnaziri Valeriy Lazer, səlahiyyətli şəxslərlə razılaşdırmadan silah satışına dair danışıqlara razılıq verən müdafiə naziri Vitaliy Marinutsa, silah satışı ilə bağlı işi başdansovduaraşdıran İnformasiya Təhlükəsizlik Xidmətinin rəhbər müavini Valentin Dedyu bu qanunsuz silah satışına görə məsuliyyət daşıyırlar.

Parlamentin spikeri Marian Lupu iclasda çıxışı zamanı bildirib ki, satış həyata keçirilən zaman prezidentin səlahiyyətlərini icra etsə , həm o, həm baş nazir bu hadisə barədə yalnız saziş bağlandıqdan sonra xəbər tutublar.

Xatırladaq ki, bu yaxınlarda Ermənistanagizli silah satışının üstü açılıb. Moldovanınmüdafiə naziri Vitali Marinutsa yerli parlamentdədinləmələr zamanı silah ticarəti faktını təsdiqləyib. Bu silah iritutumlu təyyarə ilə Kişinyovdan İrəvana çatdırılıb. Moldova hökuməti hərbi texnika ticarəti ilə bağlı məlumatı olmadığınıbəyan edib. Ancaq hərbi funksionerlər hökumətin təlimatına uyğun hərəkət etdiklərini bildiriblər.

Ermənistana satılmış silahlar arasında 9V862 nəzarət-yoxlama kompleksləri, 9V863 "Kobra" raketi, həmçinin 9V871-3 "Konkurs-M" tank əleyhinə raket kompleksləri var. Satılmış silahlar arasında minlərlə "Faqot", "Konkurs", "Şturm-S", "Metis" raketləri var

Yaranmış qalmaqal nəticəsindəMoldova Prezidenti Marian Lupu ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi, general Yuri Dominiçi tutduğu vəzifədən azad edib. Müvafiq fərmanın hərbi qanunvericiliyinin gələcəkdə pozulmasınıönləmək üçün imzalandığıbildirilsə , yerli qəzetlərə görə, moldovalı generalın istefaya göndərilməsinə əsl səbəb Ermənistanla gizli silah sövdələşməsinin üstünün açılması olub. Meydana çıxmış bu qalmaqal Moldovanın siyasi dairələrindəhay-küyə səbəb olub. Moldovanınhakim dairələrində ehtiyat edirlər ki, bu qalmaqal Moldova-Azərbaycan GUAM çərçivəsindəki əməkdaşlığa əngəl ola bilər. Söhbətin artilleriya tank əleyhinə qurğulardangetdiyi xəbər verilir. Bu silahlarıniri yük təyyarəsi ilə sentyabrın13- Kişinyovdan İrəvana çatdırıldığı bildirilir. Yaranmış qalmaqal Moldova Nazirlər Kabineti ilə Müdafiə Nazirliyi arasında ixtilafa səbəb olub. Məsələ ilə bağlı araşdırma başlayıb.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistana hücum silahı satan dövlətlərinböyük səhvə yol verdiklərini bəyan edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs