Əlaqə Arxiv
news Image
2012.07.11
13:24
| A A A
Yunanlardan şok Ayasofya tələbi

Movqe.Az xəbər verir ki, Selanik ideri Anthimos Afina və ya Selanikdə məscid inşa edilməsinə qarşı Ayasofya və Heybeli ilə əlaqədar müəyyən şərtlər irəli sürüb.

İki böyük yunan şəhərində məscid inşasına şiddətlə qarşı çıxan, qatı fikirli adam kimi tanınan Anthimos bir internet saytına verdiyi açıqlamada "Əgər Heybeli Ruhanilər Məktəbi açılsa və İstanbulu ziyarət edən Xristianlar üçün Ayasofyada ildə 2-3 dəfə ayinlər keçirilməyinə icazə verilsə, yalnız o zaman məscid inşa edilməsinə icazə verəcəyik" ifadəsini işlədib. Anthimos xüsusən "Türkiyədə Yunanıstanda məscid inşasını istəyənlər çoxdur və bu bizi dəhşətə salır" şəklində danışıb. Selanikdə məscid tikəcəyini vəd verən bələdiyyə başçısı Yanis Boutarisə ən böyük maneəni Anthimos yaradır. Məscidsiz yeganə Avropa dövləti paytaxtı Afinadır ki, son 12 ildə müxtəlif yunan hökumətlərinin vədlərinə və parlamentdə səs verilən layihələrə baxmayaraq yenə "donduruldu".

Afinada məscid inşa edilməsi ehtiyacını Türkiyə Diyanət İşləri Rəhbəri Məmməd Görməz keçən həftə Fənər Rum patriarxnı etdiyi tarixi ziyarət zamanı, Patriarx Bartholomeosla görüşməsində gündəmə gətirmişdi.

Sizin Reklam Yeriniz