Əlaqə Arxiv
news Image
2012.04.13
20:14
| A A A
“Sintaksisin cümlə adlanan “şah əsəri”ndən o tərəfə”...

Aprelin 10-da Bakı Slavyan universitetində "Azərbaycan dilində mürəkkəb sintatik bütövlər" adlı dərs vəsaitinin təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə BSU-nun Ümumi və rus dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor İlyas Həmidov açdı. Tədbir iştirakçılarını salamlayan natiq, kitabın əhəmiyyətindən danışdı: "Bu günki təqdimat mərasimi əsl elmi bayramdır. Düşünürəm ki, "Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər" əsəri prof. Kamal Abdullayevin öz məsləkdaşları ilə reallaşdırdığı əsaslı elmi layihədir və bu layihə Azərbaycan dilçiliyində konkret bir elmi məktəbin, elmi-nəzəri cərəyanın bünövrəsinə qoyulmuş təməl daşı adına tamamlilə layiqdir".

Söz alan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru prof. F.Veysəlli öz çıxışında

təqdim edilən kitabın unikal bir dərs vəsaiti olduğunu bildirdi. Onun sözlərinə görə nəhayət ki, bu sahədə də ölkəmiz Avropaya inteqrasiya etdi: "Sözsüz ki, biz Avropaya təkcə siyasi və iqtisadi cəhətdən deyil, eyni zamanda elmi baxımdan da yaxınlaşırıq və bu kitab da bu inteqrasiyanı təsdiq edir. Kitabın üstün cəhətlərindən biri də budur ki, bir necə istiqaməti əhatə

edən problemlər bir neçə fəsildə işıqlandırılsa da, bir kitabda toplanmışdır".

BDU-nun Türkologiya kafedrasının müdürü, AMEA-nın müxbir üzvü prof. T.Hacıyev isə BSU haqqında hər zaman yüksək fikirdə olduğunu, bu təhsil ocağının bir növ innovasiya ocağına bənzətdiyini açıqladı. Natiqin fikrincə prof. K.M.Abdullayev getdiyi ölkədən asılı olmayaraq Azərbaycançılığı, ədəbiyyatımızı təbliğ etməklə məşğuldur: "İlk dəfə Kamal müəllim Azərbaycan dilçiliyinə mətn dilçiliyi problemini gətirmişdir". Kitabda zəngin dilçilik terminologiyasının olduğunu qeyd edən T.Hacıyev müəllifləri bu kitabın işıq üzü görməsi münasibətilə təbrik etdi.

Digər natiqlər də kitabın əhəmiyyətindən söz açaraq bu vəsaitin yüksək dəyərindən danışdılar. Onların sözlərinə görə kitabın araya-ərsəyə gəlməsində iştirak edənlər arasında tələbə-magistrantların da olması təqdirəlayiq haldır.

Bu monoqrafiya Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Türk Dil qurumunun həqiqi fəxri üzvü Kamal Abdullanın rəhbərliyi və və iştirakı ilə hazırlanıb. Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki). MŞPU-nun (Moskva Şəhər Pedaqoji Universitetinin) fəxri doktoru, professor Kamal Abdullayevin rəhbərliyi və iştirakı ilə hazırlanıb.

Görkəmli dilşünas alim prof. K.M. Abdullayev və onun nəzəri məktəbi tərəfindən bu layihənin həyata keçirilməsi türkologiya, o cümlədən, Azərbaycan dilçiliyin nəzəri sintaksisində olan boşluqların doldurulması cəhdi kimi qəbul edilə bilər. Belə ki, prof. K.M. Abdullayev bu dərs vəsaitində türkologiyada mətn nəzəriyyəsinin obyektini üç aparıcı istiqamətin kəsişməsində tədqiq edir:

a) müasir mətn nəzəriyyələri işığında orta əsr bədii abidələrinin dilinin sistemli tipoloji öyrənilməsi;

b) mətn və mürəkkəb sintaktik bütövün ümumi və xüsusi cəhətlərinin təyin olunması;

c) cümlələrin və mürəkkəb sintaktik bütövlərin aktual üzvlənməsi ilə bağlı problemlərin həlli.


Tural QABİLOĞLU

Sizin Reklam Yeriniz