news Image
2012.07.19
07:27
| A A A
YAP-ın prezidentliyə namizədi hazırkı dövlət başçısı cənab İlham Əliyevdir
“Biz faktiki olaraq bir seçki qurtaran gündən növbəti seçkiyə hazırlaşırıq”

"YAP-ın prezidentliyə namizədi partiyanın sədri, hazırkı dövlət başçısı cənab İlham Əliyevdir. Bu, birmənalı olaraq belədir və partiyada onun alternativi yoxdur. Amma cənab İlham Əliyev 2013-cü il seçkiləri ilə bağlı hələ özü açıqlama verməyib. Ona görə də YAP-ın ali rəhbər orqanı hələ yığışıb bunu müzakirə etməyib". Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Media forum" saytına müsahibəsində qeyd edib: "Hakimiyyətin və YAP-ın prezident seçkisinə necə hazırlaşmasına gəlincə, hakimiyyət də, hakim partiya da uzun müddətdir ki, kampaniyaçılıqdan imtina edib. Biz faktiki olaraq bir seçki qurtaran gündən növbəti seçkiyə hazırlaşırıq. Necə hazırlaşırıq? Əhalinin ehtiyaclarını öyrənirik, onları təmin edirik. İnsanların istək və arzularını, ehtiyaclarını, hakimiyyətdən gözləntilərini müəyyənləşdirib bunları dövlət proqramları şəklində həyata keçiririk. Mən hələ birinci müddəti demirəm, cənab İlham Əliyev 2008-ci ildə prezident seçildiyi gündən faktiki olaraq Azərbaycanda xalqın, vətəndaşların maddi-mənəvi ehtiyaclarının ödənilməsi, istək və arzularının təmin olunması ilə məğşuldur. Ona görə də seçkiyə bir müddət qalmış ayrıca kampaniya aparmağa ehtiyacımız yoxdur. Kampaniyanı o adamlar aparırlar ki, beş il yatırlar, gizlənirlər və seçki gələndə meydana çıxırlar. Amma hakimiyyət və YAP bu beş ilin bir gününü də xalqın içərisindən çəkilməyib, onun ehtiyaclarından, tələbatından uzaqda dayanmayıb".

Əli Həsənov Quba hadisələrinə də münasibət bildirib: "Qubada baş verənlər süni şəkildə qızışdırılmış hadisələr idi. Bunu rayon icra hakimiyyəti başçısına qarşı bəlli qruplar təşkil etmişdi. Hazırda araşdırma gedir və bunu təşkil edənlərdən bəziləri məlumdur. Məlum olmayanlar da araşdırılır. Onlar müəyyən geniş qrupları da cəlb etmək üçün fəaliyyət göstəriblər, bu istiqamətdə addımlar atıblar. Bu məsələlər hazırda araşdırılır. Nə qədər ki, araşdırma başa çatmayıb, buna ciddi qiymət vermək istəmirəm. Çünki verilən hər bir qiymət araşdırmaya və məhkəmə prosesinə təsir edə bilər.

Amma istənilən halda bu, Quba camaatının geniş ictimai narazılığı deyildi. Buna baxmayaraq, müxalifət bunu məhz belə təqdim etməyə cəhd göstərdi. Guya insanların hakimiyyətə qarşı üsyanıdır. Əslində isə qətiyyən belə deyildi. Bu konkret olaraq rayon icra hakimiyyəti başçısına qarşı məqsədyönlü şəkildə təşkil olunmuş aksiya idi. Təəssüflər olsun ki, icra başçısı da ona qarşı təşkil olunmuş aksiyaya müəyyən qədər əsas vermişdi...

O, bir icra başçısı olaraq bu tipli aksiyanın təşkil olunmasına rəvac verməməliydi. O, çıxışlarının elə formada təhrif olunmasına imkan verməməliydi. Əgər təhrif olunmuşdusa, bunu dərhal araşdırıb tədbir görməliydi. İcra başçısı vaxtında bunun qarşısını ala bilməmişdi. Ona görə də vəzifəsini itirdi. Görünən odur ki, faktiki olaraq bu hadisələr subyektiv amillər nəticəsində törədilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs